
Həcc ziyarəti başlayıb
Səudiyyə Ərəbistanı pandemiyadan sonra ən böyük dini mərasimə ev sahibliyi edir
Səudiyyə Ərəbistanı pandemiyadan sonra ən böyük dini mərasimə ev sahibliyi edir
Nehrəmli iş adamı: “Çox çətindir”
Hacı İbrahim təsdiqlədi: “Bəli, yanan bina bizə məxsusdur”
Beynəlxalq Banka 800 milyon manat borcu olan iş adamı bu barədə danışmaq istəmir...
Hacı İbrahimdən etiraf: ««Xəzər adaları» projesini reallaşdıra bilmirik»
Deputat İqbal Məmmədovla Hacı İbrahim Nehrəmlinin qaynının davası Xətai sakinlərinin başında çatladı
Zəvvarlar üçün 100 min təhlükəsizlik əməkdaşı, 30 minlik tibbi personal, 300 ambulans, 4 helikopter ayrılıb
Səudiyyə Həcc ziyarətinin öhdəsindən gələcəyini deyir
İqbal Məmmədovun tələb etdiyi mənzillərin sahibləri Prezidentə də müraciət etdilər
İqbal Məmmədov mənzil fırıldağının qurbanı olub, işdə adı hallanan Məzahir Cəfərov Hacı İbrahim Nehrəmlinin qohumudur
Hacı İbrahim Nehrəmlinin təzə biznesi
Hacı Əbdül 7 yaşlı oğlunu 3-cü dəfə Həccə aparır, Hacı Qalib də 29-cu dəfə Kəbəni ziyarətə gedir
«Khazar Islands» süni adaların yaratdığı süni xəyal Psj-yə güclü zərbə vurub
Azərbaycandan bir dəfədən artıq Həccə gedənlər əlavə ödəniş edəcəklər
Ölkə vətəndaşları Həccə ziyarətinə yalnız bir dəfə gedə biləcək
Nehrəmli Hacı İbrahim: «Yaxud, ucuz paltar geyinməyəcəm ki?»
Bizdəki hacılardan dünyada yoxdur. Biri Allahın xoşuna gəlməyən heyvanın-qabanın ovunu özünə hobbi seçir. Digəri ziyarəti yarımçıq qoyub namizədlik məsələsinin «razborka»sına qaçır. Sonra da bunların himayədarları olan üləmalar Hacı İbrahimə ağız büzürlər. Bəyənmədiyiniz Hacı İbrahim çox səmimi və kişi adamdır ki, hər şeyini aşkarda edir və deyir. Zənnimcə, belə adamın həcci daha çox qəbul olunar, nəinki Kəbə ziyarətini şöhrət və ticarətdən ötrü vasitə seçən riyakarların.
Yadıma Haci Maillə böyük üləmalardan birinin qudası arasında olmuş mükalimə düşdü. On beş dəfə Həccə gedib-gəlmiş bir həci Hacı Mail rəhmətlikdən soruşur ki, mən hər il Həccə gedirəm və qismət olsa, davam edəcəyəm. Yəqin mənim yerim cənnətlik olar da, hə? Hacı Mail də cavab verir ki, peyğəmbərin əmisi Əbu Ləhəb bütün ömrünü Məkkədə keçirdi, amma cəhənnəmə vasil oldu, indi sən 15 dəfə Məkkəyə alverə getməklə Cənnətə düşmək istəyirsən, ay Cəhənnəm odunu?
Həcc ziyarəti ilə bağlı status yazarkən yadıma rəhmətlik Məzdək Hüseynovun böyük üləmalardan birinə verdiyi cavab düşdü. Ona təklif edəndə ki, gəl səni Həcc ziyarətinə aparım, özü də müftə-müsəlləm, rədd cavabı verərək deyir: «Tutaq ki, sən məni apardın Kəbəyə, qara daşı öpüb başladım duaya. Birdən qurban olduğum gözümə görünər və məndən soruşar:
– Məzdək oğurluq edirsən?»
– Deyərəm, yox.
– Rüşvət alırsan?
– Yox.
– Yetim malı yemisən?
– Yox.
– Qeybət edirsən?
– Yox.
Bu cavabları eşidən qurban olduğum qayıdıb deməz ki ha, bunları etməmisənsə, bəs burda nə….
Son olaraq deyim ki, Həccə getmək istəyənlər, gərək bir qonşularına da baş çəkəydilər. Ac yatanlara yuxu dərmanından-zaddan lazım olardı.