
Daha 4 kanala qadağa qoyulacaq
Efir qaydalarını pozduqlarına görə...
Efir qaydalarını pozduqlarına görə...
Kamran Həsənli: «Çəkilişdə dinin təhqir olunması kimi bir hal olmayıb...»
Qloballıqda lokallığın qədri
İkidillilik haqqında bir düstur
Keçən gün iki-üç kitab oxumuş qohumumla televizorun qarşısında oturub gap edirdik. Qəflətən ekrana “Sevimli şou” (Space) çıxdı. Mən ötüb keçmək istəyəndə qohumum “dayan” deyib yerindən qalxdı. Sən demə o, “Sevimli şou”nun daimi tamaşaçısı imiş. İstər-istəməz əlimdəki pultu qohumuma ötürdüm və çar-naçar verilişi izləməyə başladım. Aparıcıdan danışmayacam... Çünki onu heç qohumum da bəyənmirdi. Gitaranı şit-şit uladan, sazla striptiz göstərən və oxumaq əvəzinə zarıyan ifaçılar da mənlik deyil. Nə danışıqları, nə rəftarları, nə geyim kecimləri... Mənə maraqlı gələn studiyanın qonaqları idi. Onların sifətində elə bir heyranlıq, elə bir sevinc, elə bir xoşbəxtlik vardı ki, sözlə ifadə etməkdə acizəm.