vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
18:51 | 28 oktyabr 2016 | Cümə Məqaləyə 952 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Əliyevdən Ərdoğana məktub

«O gecənin bütün ağrı-acısını sizinlə birlikdə yaşadıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Məktubda deyilir: «Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Türkiyə Respublikası iyulun 15-də Konstitusiyasına, dövlətçiliyinə və demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdinin sınağından mərdliklə çıxaraq müstəqillik və demokratiya yoluna sadiq olduğunu bir daha parlaq şəkildə nümayiş etdirdi və qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Həmişə Türkiyənin yanında olan Azərbaycan o dəhşətli gecənin bütün ağrı-acısını da, qardaş xalqın zəfərini də Sizinlə birlikdə yaşadı.

Əminəm ki, daim möhkəmlənən Azərbaycan-Türkiyə müttəfiqliyi və tərəfdaşlığı, qardaşlıq münasibətlərimiz bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcək.

Belə bir əlamətdar gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm».