vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
13:41 | 30 oktyabr 2016 | Bazar Məqaləyə 994 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yağış, sulu qar, qar…

Temperatur 13 dərəcəni keçməyəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. 

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Oktyabrın 31-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.