Diqqət! Maqnit qasırğası var!
Təşvişə düşməmək və «aktiv istirahət» tövsiyə olunur
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yaşıl enerjiyə yaşıl işıq
Günəş panellərinin effektivliyini 2 dəfədən çox artıra bilən kəşf
-
ABŞ günəşi qaraltmağa çalışır
Təyyarə ilə stratosferə nazik duman qatını yaymaq istəyirlər
-
Maqnit qasırğası daha iki gün davam edəcək
Günəşdə alışmaların baş vermə ehtimalı çoxalıb
-
“Yerdən başqa heç bir planetdə həyat yoxdur”
Alimlərin 85 faizlik ehtimalı
-
Martın dörd günü ehtiyatlı olmaq lazımdır
Maqnit qasırğası xəbərdarlığı
-
Yerə bənzəyən yeni planet tapılıb
Cəmi 11 işıq ili uzaqlıqda
-
Maqnit qasırğası başladı
Daha çox harada hiss olunacaq?
-
Güclü maqnit qasırğası gəlir
Texnogen qəzalar, fəlakətlər baş verə bilər
-
Günəşin səthində 94 ləkə müşahidə olunub
Geomaqnit qasırğaları insanlara necə təsir edir?
-
2016 İqlim Hesabatı planetin istiləşdiyini deyir
Alimlərin bu qənaəti Tramp administrasiyasını çətin vəziyyətə qoyub
-
Tramp Günəşi də ABŞ-a «buraxmır»
Avqustun 21-də nadir təbiət hadisəsi baş verəcək
-
Spirt kimi enerji
Alınması rahat, saxlanması çətin...
-
«Fundamental kəşfin astasasındayıq»
NASA-dan önəmli açıqlama
-
Azərbaycana bahar gəldi...
Günəş şimal yarımkürəsinə keçid edib
-
500 min il əvvəl 1 ildə 400 gün olub
Bəs ay məhv olsa, Yerdə nələr baş verəcək?
-
Geomaqnit qasırğası gözlənilir
Şamaxı rəsədxanası xəbərdarlıq etdi
Günəşin səthində nisbi sakitlik hökm sürür və «gündüz ulduzu»muzun görünən tərəfində cəmi 12 ləkə və 1 zəif fəallıq qrupu (ləkələr toplusu) müşahidə olunur.
APA bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, son 6-7 gündə özünü fasilələrlə göstərən geomaqnit həyəcanlaşmaları hətta G1 və G2 sinfinə mənsub olan geomaqnit qasırğalarına da səbəb olub (şkala üzrə maksimum G5 olur). Hazırda qasırğa səngimək üzrədir və əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti bu gün 3-ə yenib (maksimum qiymət 9-dur). Qasırğa olan günlərdə şimal en dairələrində geomaqnit qasırğasının təzahürü və gözəl təbiət hadisəsi olan qütb parıltıları da müşahidə olunub. Günəş səthində müşahidə olunan nisbi sakitlik davam edəcək, Günəş alışmalarının baş vermə ehtimalı cəmi 1-5% arasında dəyişəcək və zəif geomaqnit həyəcanlaşması yaxın günlərdə də davam edəcək.
Geomaqnit həyəcanlaşmaları və qasırğaları mürəkkəb bir heliogeofiziki prosesdir. Bir daha qeyd etmək lazımdır ki, son günlərdəki qasırğaların səbəbi Günəş səthində hal-hazırda mövcud olan «tac dəlikləri»ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiri olub («tac dəlikləri» demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir).
Bu gün yuxarı en dairələrindən fərqli olaraq, bizim orta coğrafi en dairələrində yaşayan sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur, onlarda hətta bəzi hallarda gümrahlıq effektləri yarana bilər, lakin risk qrupuna daxil olan insanlar (ürək-qan-damar sisteminin xroniki xəstələri, ahıl insanlar və qismən uşaqlar) həkim məsləhəti əsasında profilaktik (önləyici) tədbirlər görməlidirlər. Tövsiyə olunan isə təşvişə düşməmək və «aktiv istirahət» etməkdir. Meteoroloji şəraitin son günlər müşahidə olunan kəskin dəyişmələri kosmik hava ilə birgə təsir etdikdə, neqativ hallar daha da güclənə bilər (son günlər məhz bu hallar müşahidə olunurdu). Ümumiyyətlə isə, bu təsirlər hər bir funksional sağlam individum üçün xeyli fərqlənə bilər. Geomaqnit qasırğaları bir sıra texnoloji sistemlərə zəif təsir edərək kommunikasiya radiodalğalarında qısamüddətli sönmələr (və ya «donmalar») və radiasiya fırtınaları yarada bilər. Bu dəfə belə hallar qeydə alınmayıb.