vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
20:10 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 1912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir gündə iki məktub

Prezidentin bir məktubunda kədər, digərində isə sevinc paylaşılır

Prezident İlham Əiyev Yaponiyanın Baş naziri Şinzo Abeni təbrik edib. AzərTAC-ın məlumatına görə, məktubda deyilir:

«Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlər bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, ənənəvi dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Fürsətdən istifadə edərək Yeni il bayramınızı təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm».
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə isə başsağlığı məktubu göndərib.
AzərTAC-ın məlumatına görə, məktubda deyilir:
«Hörmətli Nursultan Abişeviç, Şımkənd şəhəri yaxınlığında An-72 təyyarəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm».