vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
23:40 | 12 noyabr 2016 | Şənbə Məqaləyə 891 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp niyə prezident seçildi?

Respublikaçı namizədin qələbə səbəblərinin əsasları

MÖVZU İLƏ ƏLAQƏLİ

8 Noyabr seçkiləri Amerikan siyasi həyatının ən maraqlı və gözlənilməz sonluqla nəticələnən Prezident Seçkiləri prosesi kimi tarixə düşdü. Bu, həmdə ABŞ siyasi tarixi üçün yeni bir dövrün başlanğıcı olaraq da qiymətləndirilə bilər. Təcavüz iddialarından, e-mail qalmaqalından, FBİ tədqiqat və istintaqlarından, sağlamlıq problemlərindən danışdığımız bir vaxtda, gərgin keçən seçki prosesi də başa çatdı. Onu qeyd etmək lazımdır ki, 1792-ci ildən bəri tətbiq olunan ənənəyə görə, ABŞ-da prezident seçilmək üçün ABŞ-da Seçicilər Kollegiyası adlanan sistemdəki 538 yerin ən azı 270-ni həmin nümayəndələrinin qazanması lazımdır. Baş tutan bu seçkilər ABŞ-ın 58-ci prezident seçkiləri idi və ABŞ bununla özünün gələcək müqəddəratını müəyyən edəcək 45-ci prezidentini seçmiş oldu. ABŞ-da 250 milyon seçici var. Seçkilər 50 ştat və xüsusi statusa malik Vaşinqtonda həyata keçirildi.

 ABŞ-da idarəetmə sistemi digər ölkələrdəkindən özünə məxsus qaydalara görə fərqlənir. Belə ki, ABŞ idarəçilik sistemi, idarəetmə qolları arasında tarazlıq bölgüsü və nəzarət üzərində qurulmuşdur. Prezidentin səlahiyyətləri isə qanunverici orqan olan parlament və məhkəmə hakimiyyəti tərəfindən məhdudlaşdırılmışdır. Təhsil, daxili təhlükəsizlik, əsas vergilər kimi gündəlik həyati məsələlər yerli idarəetmə orqanları tərəfindən həyata keçirilir. Bu federal quruluşun müəyyən etdiyi qanunauyğunluğun təzahürüdür və ABŞ prezidenti bu sahələrdə heç bir səlahiyyətə sahib deyildir. Prezidentin sahib olduğu əsas səlahiyyətlər isə ölkənin müdafiəsi və xarici siyasət ilə bağlıdır. Elə buna görədir ki, ABŞ prezidenti Vaşinqtonluların həyatından daha çox Suriyalıların həyatına müdaxilə edə bilir. 

Təəssüfləndirici faktdır ki, dünyada terrorlar və iqtisadi natarazlıq hökm sürməkdədir. Belə bir şəraitdə daha sakit həyat arzu edən seçicilər Trampa doğru yönəlməyə başladılar. Çünki, Tramp ayrı-seçkilik yönlü çıxışları ilə radikal mesajlar verirdi ki, bu da miqrasiyanın əleyhinə olan irqçi qüvvələr tərəfindən «göydəndüşmə» idi. Nəticədə, iyun ayındakı referendumla Böyük Britaniyada əldə edilən nəticənin eynisi 8 noyabrda ABŞ-da yaşandı.

Bu seçkilərdə bir növ  şəhərlərdə yaşamayanlar ilə şəhərlər üz-üzə gəlmişdi. Təhsil səviyyəsi aşağı olanlarla yuxarı olanların, mavi yaxalıqlılarla ağ yaxalıqlıların, yaşlı ağ dərili mühafizəkarlarla gənclər və qadınların mübarizəsi idi bu seçkilər. Nəticədə bütün dünyanın gözləmədiyi şəkildə birinci tərəf qalib gəldi.

Xalqdan 300 milyon ABŞ dolları dəyərində ianə toplayan, ən güclü seçki kampaniyalarını həyata keçirən Hillari Klintonun əsas zəifliyi ABŞ seçicisinə ona səs vermə ilhamını verə bilməməsidir. Hətta, ABŞ-da kifayət qədər saya malik afrika amerikalılarından gözləniləndən aşağı səviyyədə səs qazanılması Klintonun məğlubiyyətinə təsir göstərən faktorlardan biri oldu.

Əgər siyasi proseslər bu şəkildə davam edərsə, 2030-cu ilə qədər dünyada ABŞ və Çinin də daxil olduğu böyük dövlətlərin hegemoniyası zəifləyəcək, 1750-ci ildən bu günə qədər davam edən Qərbin hökmranlığı başa çatacaq və Asiya yenidə qlobal iqtisadi, siyasi mərkəzə çevriləcəkdir.