vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
00:33 | 17 noyabr 2016 | Cümə axşamı Məqaləyə 1981 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMT komitəsi Krımın işğalını pisləyir

Bəs Dağlıq Qarabağın?

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin komitəsi Rusiyanın Krımı işğal etməsini pisləyən və Ukraynanın suverenliyinin tanınmasının bir daha ifadə edildiyi qətnamə layihəsini təsdiq edib.

Sənəd 73 lehinə, 23 əleyhinə və 76 bitərəf səslə qəbul edilib. Qətnamə layihəsinin gələn ay BMT-nin Baş Assambleyasında təsdiq ediləcəyi gözlənilir.

BMT-nin sənədi Rusiyanı işğalçı qüvvə kimi beynəlxalq öhdəliklərə əməl etməyə, Krım sakinlərinə qarşı bütün sui-istifadə hallarının dərhal aradan qaldırmağa, qeyri-qanuni olaraq həbs edilmiş bütün şəxsləri azad etməyə və insan haqları müşahidəçiəri və fəallarının maneəsiz müşahidə missiyasını yerinə yetirməsinə imkan yaratmağa çağırılır.

Rusiyanın Xarici İşlər naziri Anatoli Viktorov qanun layihəsini rədd edərək, onu birtərəfli və siyasi motiv daşıdığını bildirib.

«Burada Ukrayna rəsmilərinin Krım sakinlərinə qarşı əməllərinin mənfi təsirləri nəzərə alınmayıb»-deyə o bildirib.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer isə Krımda insan haqlarının pozulması hallarını vurğulayıb.

«Rusiyanın işğalı başlayandan yarımadada insan haqları pozuntuları kəskin artıb. Buraya söz və sərbəst toplaşma, eləcə də din azadlığı daxildir. Təəccüblü deyil ki, universal hüquqlarının pozulduğu görən çoxları Rusiya işğalının əleyhinədir» - deyə Samanta Pauerin bəyanatında qeyd edilir.

Rusiya Krımı 2014-cü ildə Kiyevdə Moksva tərəfdarı prezidentin hakimiyyətdən salınmasından sonra işğal edib. Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılar və hökumət qüvvələri arasında münaqişə nəticəsində 9 min 500-dən çox insan həyatını itirib.

P.S. Krımın işğalı ilə bağlı bəyanatlar sadalamaqdan Qərbin bağlanmayan ağzını, «Dağlıq Qarabağ»ın adı gələndə kəlbətinlə də aralamaq olmur. Bu ikili standartlar deyilsə, bəs nədir?