vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
20:43 | 24 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2369 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Anam sağdır»

Gülnarə Kərimovanın oğlu danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun nəvəsi anası Gülnarə Kərimovanın ölməsi barədə məlumatları «şaiyə» adlandırıb.

Nəvə İslam Kərimov BBC Özbəkcəyə deyib ki, anası sağdır və hələ də ev həbsindədir.

O həmçinin bildirib ki, bacısı İman Kərimova ev həbsindən azad edilsə də ölkəni tərk edə bilmir.

Bundan əvvəl BBC Özbəkcənin bir mənbəsi də bildirib ki, Gülnarə Kərimovanın ölümü barədə xəbərlər həqiqətə uyğun deyil.

Noyabrın 22-də Tsentr-1 portalı Özbəkistanın milli təhlükəsizlik xidmətindən anonim qaynağa istinadən 44 yaşlı Gülnarə Kərimovanın zəhərləndiyini və noyabrın 5-də vəfat etdiyini bildirib.

Gülnarə Kərimova sabiq lider İslam Kərimovun böyük qızıdır.

2013-cü ilin sonuna qədər Kərimovanın biznes imperiyası, xeyriyyəçi təşkilatı, telekanalları, dükanları bağlandı. Sonradan o, ailəsinə qarşı olan tvitlər paylaşıb.

Xanım Kərimova 2014-cü ildən ev həbsindədir.