vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNEY  
00:21 | 10 dekabr 2016 | Şənbə Məqaləyə 1331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Traktor» Tehran «İstiqlal»ını əzdi…

…Və birinci pilləyə qayıtdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbrizin «Traktor» futbol komandası ən prinsipial görüşdə Tehran komandası «İstiqlal»ı öz şəhərində məğlub etdi. İran üzrə futbol klublarının super liqa yarışlarının 13-cü həftəsində keçirilən görüş, yerli vaxtla saat 16:20-də Tehranın Azadi stadionunda başlayıb. Görüş 2:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

«Traktor» tərəfindən Fərzad Hatəmi 55 və 68-ci dəqiqələrdə, «İstiqlal» tərəfindən isə Kavə Rzayi 7-ci dəqiqədə qol vurublar.

Bu qələbədən sonra «Traktor» 27 xalla (imtiyaz) turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. «İstiqlal» isə 18 xalla 7-ci pillədə qərarlaşıb.

Görüş zamanı «İstiqlal» tərəfdarlarının əksəriyyəti ədəbsiz hərəkətlərə yol veriblər. Onlar Azərbaycan komandası və onun tərəfdarlarına qarşı təhqiramiz şüarlar səsləndirərək oyun getdiyi zaman «Traktor» oyunçularına portağal və bəzi əşyalar atıblar. Portağallardan biri Məhəmməd İbrahiminin baş nahiyəsinə dəyib və oyunun bir neçə dəqiqə dayanmasına səbəb olub.

Görüş zamanı «Traktor» tərəfdarları əllərində 1946-cı ildə baş vermiş «21 Azər» hadisələri ilə bağlı şəkillər qaldıraraq bu tarixi Hərəkatın xatirəsini növbəti ildönümü ərəfəsində canlandırıblar.