vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
09:31 | 15 dekabr 2016 | Cümə axşamı Məqaləyə 1664 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Eniş artıb

Böhrandan çıxış imkanları daha da azalır

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Statistika Komitəsi bu ilin 11 ayının makroiqtisadi nəticələrini açıqlayıb. Açıqlanan göstəricilərin trend təhlili göstərir ki, son 1 ayda iqtisadiyyatda tənəzzül dərinləşib, dövlət büdcəsinin kəsiri, inflyasiya və işsizlik artıb. Bu dövr üçün ən neqativ tendensiya sənaye istehsalında böhranın başlaması və bu bölmədə tənəzzülün dərinləşməsidir.

Beləliklə də, həm ÜDM-də və həm də qeyri-neft ÜDM-də eniş bir az da artaraq müvafiq olaraq, mənfi 3,9 faiz və mənfi 5,6 faizdə qərarlaşıb. Bu ilin sonuna yaxınlaşdıqca, makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını daha da azaldır. Belə ki, sıfırdan artıma nail olmağın asan olmadığı halda, Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görünür. Yeri gəlmişkən onu da qeyd edək ki, dünən Federal Ehtiyyat Sistemi (FED) uçot dərəcələrini gözənildiyi kimi 0,25 faiz bəndi səviyyəsində artırdı. FED-in son qərarından sonra dollar dünya valyuta bazarlarında yenidən bahalaşmağa başlayıb.