
Təyyarədə təxribat şübhələri
Hindistandakı qəza ilə bağlı araşdırma genişlənir
Hindistandakı qəza ilə bağlı araşdırma genişlənir
Son 10 ilin ən ölümcül qəzası ilə bağlı həqiqətlər ortaya çıxır
Uçuş zamanı təyyarənin mühərrikindən alovlar yüksəlir
İki paraşütçü havada toqquşdu
“Greenpeace” ekoloji fəlakət barədə xəbərdarlıq edir
Hindistanda daha bir hava nəqliyyatı qəzası
6 nəfər öldü, 25 nəfəri su apardı
Fəlakət ikinci pilotun günahı idi?
Hindistanda qəzaya uğrayan “Air India” təyyarəsi tibb işçilərinin yataqxanasına girib
İçərisində 242 nəfərin olduğu “Boeing 787-8 Dreamliner” Londona uçurmuş
İran AES-nin yerləşdiyi şəhərdə baş verən hadisədə ən azı 3 nəfər ölüb
Milçək dərmanı səpərkən 3 nəfər həyatından oldu
Mariya Karolina motosiklet qəzası keçirdi
Cənubi Koreyada Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb
ABŞ-da kiçik təyyarə yaşayış məntəqəsinə çırpılıb
“Mercedes”in olmadığı siyahıda “Prius”un yeri hər kəsi çaşdıracaq
2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olub.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, onlardan 342-si həlak olmuş, 745-i isə yaralanıb.
Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş vermiş, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi (0,7 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi (24,8 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,0 faizini, yaralananların isə 73,4 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.