vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
17:01 | 23 dekabr 2016 | Cümə Məqaləyə 2105 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milli Komitədən deklarasiyaya böyük dəstək

Arzu Abdullayeva və Helsinki qrupu erməni-Azərbaycan platformasına daxil oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur Azərbaycan hüquq müdafiəçisi, Helsinki Vətəndaş Məclisi Milli Komitəsinin sədri Arzu Abdullayevanın və Milli Komitənin fəalları erməni-Azərbaycan sülh platformasına dəstək verdiklərini və ona qoşulduqlarını bildiriblər.

Virtualaz.org bildirir ki, bu barədə Milli Komitənin nümayəndələri açıq bəyanat yayıblar.

Qeyd edək ki, A.Abdullaeva və Milli Komitənin üzvləri xalq diplomatiyasında və vətəndaş sülhünün əldə olunması prosesində fəal iştirak edirlər. Ancaq A.Abdullaevanın və Milli Komitənin bugünkü bəyanatı belə bir nəticəyə gəlməyə əsas verir ki, qrup Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çağıran Bakı bəyannaməsi çərçivəsində işləyəcək.

Xatırladaq ki, bu ilin noyabrında Bakıda bir qrup erməni və azərbaycanlı ictimai fəal tərəfindən «Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma» yaradılıb.

Onun da qeyd edək ki, «Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma»nı təsis etmiş erməni və Azərbaycan hüquq müdafiəçiləri onu vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, dini qurumların nümayəndələri, ekspertlər, Ermənistanın və Azərbaycanın alim və sadə vətəndaşları, həmçinin sülhün əldə olunması işinə öz töhfəsini verməyi arzulayan başqa ölkələrin vətəndaşları üçün açıq elan ediblər.