vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
13:10 | 3 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 1040 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanın həyasızlığı

Azərbaycan əsgərinin meyiti niyə qaytarılmır?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı prosedurun başlanma vaxtını qəsdən uzadır. Bu barədə Modern.az-a Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.

Qurumdan bildirilib ki, Ermənistanın rəsmi orqanları Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması məqsədilə müvafiq beynəlxalq qurumların təkidli müraciətlərinə cavab verməkdən imtina edir.

Qeyd olunub ki, qarşı tərəf konkret olaraq heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanma vaxtını qəsdən uzadır:

«Təəssüflər olsun ki, hətta beynəlxalq vasitəçilər Ermənistanın bu qeyri-humanist hərəkətinə hələlik heç bir təsir göstərə bilmirlər.

Bununla belə, tərəfimizdən aidiyyəti dövlət təşkilatları və beynəlxalq qurumlarla birlikdə bu istiqamətdə tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək».