vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
14:51 | 5 yanvar 2017 | Cümə axşamı Məqaləyə 836 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejimi milli geyimdən də qorxur

Aydın Zakiri hakimə etiraz olaraq məhkəmə iclasını tərk edib

Azərbaycanlı milli-mədəni fəal Aydın Zakiri Meşginşəhr məhkəməsi tərəfindən aldığı çağırış vərəqəsinə əsasən yanvarın 3-də məhkəməyə müraciət edib.

Çağırışa səbəb, fəalın toy mərasimində Azərbaycan milli geyimindən istifadə etməsi və mərasim zamanı milli-mədəni fəallar, xüsusi ilə də Abbas Lisaninin müəyyən məsələlərlə bağlı çıxış etməsi olub.

Məlumata görə, hakim məhkəmə iclasında A.Zakiridən müdafiə mətnini fars dilində yazmağı tələb edib, lakin milli-mədəni fəal bununla razılaşmayıb və Azərbaycan türkcəsində yazmağa başlayıb. Bundan sonra məhkəmənin əməkdaşları fəalın türkcə yazmasına mane olaraq onu farsca yazmağa məcbur etməyə çalışıblar. Bu vəziyyətə etiraz edən A.Zakiri fars dilində yazmaqdan imtina edərək məhkəmə iclasını tərk edib.

Oxşar vəziyyət 2016-cı il dekabrın 27-də tanınmış milli-mədəni fəal Abbas Lisaninin məhkəmə iclasında yaşanıb. Müdafiə mətnini türk dilində yazan Lisani hakimin xəbərdarlığı ilə üzləşib, lakin fəal hakimin tələbi qarşısında müqavimət göstərib, bunun tamamilə qanunauyğun olduğunu vurğulayıb.

Görünür ki, Məhkəmə Orqanları azərbaycanlı milli-mədəni fəallar arasında müdafiə mətnlərinin türkcə yazılması ənənəsindən çəkinir, ona görə də fəallar məhkəmədə farsca yazmağa məcbur edilir.