vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
22:35 | 5 yanvar 2017 | Cümə axşamı Məqaləyə 2002 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sarayımda kabuslar var»

«Cəsur ovçuları vəzifəyə çağırırıq!»

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveç kraliçası Silviya Kral Sarayında kabusların dolaşdığına inandığını deyir. Ölkənin Drottninqholm şəhərindəki sarayını «bir qrup dostları və kabuslarla» bölüşdüyünü söyləyən Kraliça, «Əslində, həyəcan vericidir, məni qorxutmurlar» deyib.

Stokholm yaxınlığındakı saray 17-ci əsrdə inşa edilib.

Drottninqholm, Kraliça Silviya və Kral XVI Qustafın daimi olaraq yaşadığı yerdir.

SVT televiziya kanalının hazırladığı «Drottningholm Sarayı: Kral evi» sənədli filminin prodüserinə müsahibə verən Kraliça Silviya, «Sarayda bəzən tamamilə tək olmadığınızı hiss edirsiniz. Amma kabuslar olduqca dostcasınadır» deyir.

73 yaşlı Kraliçanın kabus iddialarına bacısı Şahzadə Kristina da dəstək verib.

Şahzadə Kristina, «Sarayda çox böyük bir enerji var. Bu enerjinin müxtəlif formalara görünməməsi qəribə olardı» deyib.

Kral ailəsinin kabus iddiaları İsveç mətbuatında istehza mövzusu olub.

İsveçin «Local» adlı xəbər saytı «Cəsur kabus ovçularını vəzifəyə çağırırıq! Saraya gedin və bu iddiaların ardınca düşün»! deyə çağırış edib.

Saytın xəbərində «Drottninqholm Sarayı il boyu ziyarətçilərə açıqdır. Yalnız Kral ailəsi - və onların kabus dostlarının - yaşadığı hissəyə girə bilməzsiniz» deyilir.

40 il əvvəl Kral Karl ilə evlənən Kraliça Silviya İsveç taxtında ən uzun müddət qalan şəxsdir.