vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
17:16 | 9 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 643 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xoşumuza gəlsə də, gəlməsə də, ...»

Riçard Kirakosyan: «...Azərbaycan ərazilər tutmağa nail olub»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Aprel hadisələrindən iki mühüm nəticə çıxır: Birincisi, bu bizim xoşumuza gəlsə də, gəlməsə də, ilk dəfə Azərbaycan ərazilər tutmağa nail olub. İkincisi, bu, böyük əhəmiyyət daşıyır. Bu hadisələr nəticəsində bəlli oldu ki, korrupsiya milli təhlükəsizliyə təhdiddir. İndi bu, daha böyük əhəmiyyət kəsb edir, çünki seçki ərəfəsində müzakirə gündəmini formalaşdırır».

Bu fikri AzatutyunTV-nin efirində Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard  Kirakosyan səsləndirib.

Politoloq Aleksandr İsgəndəryanın fikrincə, aprel müharibəsi göstərib ki, bu məsələ hərbi yolla həll oluna bilməz.

«Azərbaycan 22 il müharibəyə hazırlaşıb. Son dörd-beş ildə 20 milyard dollardan çox vəsait xərclənib. Əməliyyat yetərincə savadlı idi. Çox güman ki, əməliyyat, belə deyək, başqa ölkələrdən olan məsləhətçilər tərəfindən planlaşdırılmışdı. Texnika kifayət qədər sanballı idi», – deyə A.İsgəndəryan qeyd edib.


«…Nəticələr qat-qat ağır olardı»


Politoloq Akop Badalyanın fikrincə, aprel döyüşləri gedişində aydın görünüb ki, 20 illik atəşkəs dövründə Ermənistanın hərbi-siyasi elitası birinci Qarabağ müharibəsinin arxayınlığına qapılıb:

«Əsgərlər, cəmiyyətin dəstəyi, ön xətdəki zabitlərin mətinliyi olmasaydı, düşünürəm ki, Ermənistandan ötrü nəticələr qat-qat ağır ola bilərdi», – deyə politoloq vurğulayıb.

Bu il aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində 4 günlük toqquşmalar baş verib. Hər iki tərəf xeyli itki verib. Azərbaycan tərəfi həmin döyüşlər zamanı 2 min hektar ərazini işğaldan azad etdiyini bildirib. Bundan sonra münaqişənin nizamlanmasıyla bağlı danışıqlar intensivləşib. Vasitəçilər tərəfləri danışıqlarda kompromisə çağırsalar da, Azərbaycan və Ermənistan liderləri açıq bəyanatlarında bunun mümkün olmaması fikirlərini səsləndirirlər.