vaxtlı-vaxtında oxuyun! Şənbə, 22 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
19:58 | 8 dekabr 2017 | Cümə Məqaləyə 706 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İctimaiyyət danışıqlardan ciddi heç nə gözləmirsə, ...»

Tofiq Zülfüqarov: «... Deməli gec və ya tez digər hallar meydana gələcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin birgə bəyanatında yeni bir fikir yoxdur və danışıqlarda irəliləyiş üçün hansısa əsaslar mövcud deyil». Bu barədə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində bildirib.

O təəssüflə qeyd edib ki, nizamlanmada köhnə strategiya davam edir.

«Yəni, danışıqların imitasiyası davam edir və davam etməkdədir».

Keçmiş nazir hesab edir ki, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar real danışıqlar deyil.

«Belə olan halda həmsədr ölkələrin bəyanatlarının detallarına fikir vermək də düzgün deyil. Narahatedici bir məqama fikri çəkmək istəyirəm, verilən bəyanata ictimaiyyət tərəfindən diqqət yoxdur. Bu onu göstərir ki, Azərbaycan ictimaiyyətinin böyük bir hissəsi bu danışıqlardan ciddi heç nə gözləmir. Sosial şəbəkələrdə isə bunların bəyanatlarına sadəcə ya zarafatla yanaşırlar, ya da pisləyirlər. O təhlükəli haldır. Çünki artıq ictimaiyyət danışıqlardan ciddi heç nə gözləmirsə, deməli gec və ya tez digər hallar meydana gələcək», o hərbi əməliyyatların bərpa olunacağını istisna etməyib.

Zülfüqarov həmsədr ölkələrin danışıqlarda irəliləyişə nail olunmasının məsuliyyətini iki ölkənin liderinin üzərinə qoymasını «gülməli tezis» kimi xarakterizə edib.

«Çünki BMT-nin qətnamələrində birmənalı göstərilir ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır. Orada hər iki dövlətin eyni səviyyədə səhvləri və günahlarının olduğu göstərilməyib. BMT qətnaməsində göstərilib ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib. İşğalın qarşısını almaq üçün Azərbaycan nə etməlidir? Azərbaycan tələb edir ki, işğal olunmuş torpaqları azad olunsun. Əgər bunu fövqəldövlətlər təmin edə bilmirsə, daha doğrusu təmin etmək istəmirsə, bu halda Azərbaycandan, Azərbaycanın ictimaiyyətindən, dövlətindən və Azərbaycanın liderindən nə gözləyirlər?» o sual edib.

Keçmiş nazir 2016-cı ilin aprel döyüşlərindən sonra iki ölkə prezidentinin görüşləri zamanı qəbul edilmiş qərarların yerinə yetirilmə vəziyyəti ilə bağlı həmsədr dövlətlərin bəyanatında yer alan çağırışa gəlincə deyib ki, Azərbaycan tərəfi substantiv (məzmunu olan) danışıqların başlanmasını və bu substantiv danışıqlardan irəli gələn əlavə təhlükəsizlik addımları atılmasını tələb edib. Əsas tələb yerinə yetirilməzsə, ona əlavə olan kiçik texniki tələb yerinə yetirilə bilməz. Əgər əsas məsələ həllini tapmırsa, onda təhlükəsizlik addımları nəyə lazımdır? İndiki vəziyyəti dondurmaq üçün lazımdır? Bu, çox ermənipərəst bir mövqedir. Hesab edirəm ki, Azərbaycan bunlara getməməlidir», o qeyd edib.

Zülfüqarov münaqişənin siyasi həlli yollarından danışarkən deyib ki, «siyasi həll Ermənistanın işğalçı siyasətindən əl çəkməsi üçün təzyiqlər göstərilməsi ilə mümkün ola bilər».

«Ermənistan təzyiqlər nəticəsində konstruktiv danışıqlarla torpaqları azad edə bilər. Əgər, bu təzyiqlər olmazsa Ermənistanın özü və siyasi elitası heç bir konstruktiv addım atmayacaq. Bu olmazsa siyasi prosesin perspektivi yoxdur».

O kompromisdən danışarkən deyib ki, Ermənistan beynəlxalq təşkilatların, ilk növbədə isə BMT-nin qətnamələrini yerinə yetirməlidir.

«Azərbaycan bütün işğal olunmuş torpaqları azad edildikdən sonra Dağlıq Qarabağın statusunun müzakirəsi zamanı kompromis addımlar ata bilər. İndiki mərhələdə Azərbaycanın hər hansı kompromisi üçün əsas yoxdur. Çünki, Dağlıq Qarabağ məsələsi gündəmdə deyil. Ermənistan Azərbaycanın ərazilərini işğal edib və işğal olunmuş torpaqların hamısını anneksiya etmək istəyir. Bu halda hansısa qondarma bir qurumun statusunun müzakirəsi mənasız bir məsləyə çevrilir».

Onun fikrincə, siyasi yolla həllə nail olmaq üçün danışıqların formatı dəyişdirlməlidir. Bu olmazsa daha müharibədən başqa yol qalmır», o qeyd edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *