vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 mart 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:13 | 6 mart 2019 | Çərşənbə Məqaləyə 725 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kaspşikdən çoxdan qurtulmaz lazım idi

Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə ilk dəfə 1999-cü ildə İstanbul sammitində üz-üzə gəlmişdim. Adamı kənardan izlədim, sanki Türkiyəyə Qarabağ məsələsinin müzakirəsinə yox, kefə gəlmişdi. 20 il ərzində onun fəaliyyətini tənqid etdim, açıqlamaları və hesabatlarındakı önəmli detallar Azərbaycanın əleyhinə idi. Kasprşikin vətəni olan Polşadan da mənə maraqlı məlumatlar gəldi. Onu yaxından tanıyan polşalı diplomatlardan biri hətta mənə bunu dedi: “Anjey Kasprşik illər öncə Polşa XİN-də çalışıb. Bir neçə dəfə onu yenidən XİN-də çalışmağa dəvət etmişik. Gəlməyib. Səbəbi bəllidir. ATƏT sədrinin Cənubi Qafqazdakı nümayəndəsi kimi aldığı yüksək maaşı Polşa XİN-də almayacaq, elə bunun nəticəsidir ki, bir neçə villaya sahidir”.

Kaspşik bu vəzifədə qocaldı. Onu Dağlıq Qarabağ münaqişəsinin həlli zərrə qədər də maraqlandırmır. Onu yeganə maraqlandıran məsələ pensiya yaşına çatıb ATƏT-dən yaxşı müavinət almaqdır. Vəssalam.

İki il bundan əvvəl yazdığım məqalədəndir: “Kasprşik və komandası 24 monitorinq aparıblar, bunların 6-sı Ermənistan-Azərbaycan sərhədində, 18-i isə təmas xəttində aparılıb. Soruşa bilərsiniz ki, Kasprşik niyə cəbhə bölgəsində Azərbaycan-Ermənistan sərhədindən 3 dəfə çox monitorinq aparır? Çünki, Kasprşik bilir ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, sərhəddə monitorinqə çox da ehtiyac yoxdur, ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqları geri almaq üçün plan hər zaman aktualdır. Ona görə də Kasprşikin vəzifəsi Qarabağ istiqamətində bizə mane olmaqdır”.

Nəhayət rəsmi Bakı da onun yarıtmaz fəaliyyətini özü üçün isbat etdi. Azərbaycan Nazirlər Kabineti onu fəaliyyətini təhlil edib. Məlum olub ki, polşalı diplomatın bu illərdə yazdığı 24 hesabatın hamısı Azərbaycanın əleyhinə, separatçıların xeyrinədir. Sadəcə, nədən Azərbaycan XİN indi bunu gördü? Bu illərdə Kasprşikin yarıtmaz fəaliyyətini faş etmək olmazdımı?

Nə isə bundan keçib. İndi Anjey Kasprşik kimi diplomatdan qurtulmaq lazımdır. Bunun bircə yolu var: ATƏT-in hazırkı sədrinə müraciət edib Anjey Kasprşikin fəaliyyətinin Azərbaycan üçün uyğun olmadığını elan etmək lazımdır. Və mənə elə gəlir ki, artıq bu barədə Bakıda səfərdə olan ATƏT-in hazırkı sədri Slovakiyanın xarici işlər naziri Miroslav Layçaka müraciət edilib. Sadəcə, heyf Anjey Kasprşiklə itirilən illərə…


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)