
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
“Minsk Qrupu artıq işləmir”
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
19 il aradan sonra ...
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
Qorxursunuz, yoxsa onunla razısınız?
... Həm İrəvana, həm də Bakıya
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
Səfir Riçard Hoqland nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib
İndiki həmsədrlər də Riçard Hoqland kimi oxşar açıqlama verəcəklər
Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir?
İnsan hüquqları və demokratiyanın qorunması məqsədi ilə yaradılmış Avropa Şurası son illər ərzində getdikcə daha çox siyasi alətə çevrilməkdədir və bu alət xüsusilə “arzuolunmaz”, yəni suveren, iradəli, əxlaqlı, rasional siyasət yürüdən dövlətlərə qarşı istifadə olunur. Bu prosesdən ən çox zərər görən ölkələrdən biri də Azərbaycandır — öz ərazi bütövlüyünü ləyaqətlə bərpa etmiş, siyasi subyektivliyini bəyan etmiş və artıq şantaj və saxta “demokratiya ritorikası” qarşısında geri çəkilməyən bir ölkə. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosun son bəyanatları — son dərəcə aqressiv, hətta isterik səciyyəli çıxışı — bu deqradasiyanın zirvə nöqtəsinə çatdığını göstərdi. Onun Azərbaycan Prezidentinə qarşı söylədiyi sözlər təkcə diplomatik uğursuzluq deyil, həm də Avropa Şurasının öz daxilində dərin siyasi böhranın təzahürüdür.
“Biz diktator kimi davranan digər şəxslərdən qorxmuruq” — Rusopulos belə deyib. Bu cür ifadə, əslində, beynəlxalq parlament təşkilatının rəhbərinə yaraşmayan əxlaqsızlıq, tərbiyəsizlik, mənəviyyatsızlıqdır. Bu, Avropa Şurasının Nizamnaməsinin ruhuna və saxta bəyanlarına ziddir. Suveren bir dövlətin, xalq tərəfindən seçilmiş prezidentinə qarşı açıq şəkildə “diktator” damğası vurmaq insan hüquqlarının müdafiəsi deyil — bu, siyasi şantajın və terrorun başqa formasıdır. Prezident İlham Əliyevin söylədiyi “Avropa Şurasının Azərbaycana ehtiyacı, Azərbaycanın ona ehtiyacından çoxdur” fikri sadəcə siyasi ritorika deyil, geosiyasi reallıqdır. Qərb institutlarının etibar itirdiyi bir dövrdə Azərbaycan kimi ölkələr sabitliyin, enerji təhlükəsizliyinin və siyasi müstəqilliyin dayağına çevrilir.
Rusopulos deyir ki, guya AŞPA sadəcə Laçın dəhlizinə və həbsxanalara səfər icazəsi istəyirdi. Bu isə həqiqətin yalnız bir hissəsidir. Reallıq budur ki, Assambleya illərlə Qarabağ münaqişəsini yalnız erməni prizmasından təqdim etməyə çalışıb.
Hər bir hesabat, qətnamə Azərbaycanı hədəfə alan və eyni zamanda işğal, etnik təmizləmə və onlarla şəhər və kəndin dağıdılmasını tamamilə görməzlikdən gələn məzmun daşıyırdı. AŞPA niyə bir dəfə də olsun Ağdam, Şuşa, Füzuli və Zəngilanda Azərbaycanın mədəni və dini irsinin sistemli şəkildə məhv edilməsini pisləmədi? Niyə 3 800-dən çox azərbaycanlı itkinin taleyi ilə bağlı Ermənistan hakimiyyətindən hesabat tələb etmədi? Halbuki bu şəxslərin çoxu əsir düşmüş və sonra izsiz yoxa çıxmış şəxslərdir.
2024-cü ilin yanvarında AŞPA-da əsasən fransız və belçikalı deputatlar tərəfindən Azərbaycanın Qarabağda güc tətbiq etdiyi üçün sanksiyaya məruz qalmalı olduğu barədə 30-dan çox təklif irəli sürülmüşdür. Bu sənədlər Assambleyanın rəsmi arxivində yer alır. Bu isə bir daha sübut edir ki, Azərbaycanın Qarabağda qələbə qazanmasından sonra cəzalandırılması ilə bağlı qərarlar, əslində, siyasi motivlidir və bu münasibətin səbəbi açıq-aşkardır.
Rusopulos həmçinin bildirib ki, guya Prezident Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməkdən imtina edir. Amma o, bir dənə də konkret nümunə təqdim etməyib. Əvəzində, biz bir nümunə xatırlada bilərik: AİHM 2015-ci ildə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərar çıxararaq Ermənistanın işğal olunmuş ərazilərdəki azərbaycanlı məcburi köçkünlərə kompensasiya ödəməli olduğunu bəyan etdi. Ermənistan isə bu qərarı açıq şəkildə yerinə yetirmədi. Bəs nə üçün Avropa Şurası Ermənistana qarşı sanksiya tətbiq etmədi? Cavab sadədir: ikili standartlar. Bu, Avropa Şurasının prinsipial qurum deyil, siyasi maraqlarla işləyən selektiv struktura çevrildiyini bir daha göstərir.
Teodoros Rusopulos kimdir? Keçmiş jurnalist, Yunanıstanın “Yeni Demokratiya” partiyasının üzvü, uzun illər boyu erməni lobbisinə simpatiyası ilə tanınan və ölkəsində sərt anti-immiqrant mövqeyi ilə seçilən bir siyasi fiqur. Onun AŞPA sədrliyi postuna gəlməsi demokratik proseslərlə deyil, pərdəarxası razılaşmalarla baş tutmuşdur. Qeyd etmək maraqlıdır ki, Rusopulos 2004-cü ildə Yunanıstanda hökumət sözçüsü olduğu dövrdə korrupsiya qalmaqalına qarışmış və hökumətin korrupsiyaya dair məlumatları mediadan gizlətməsi prosesində iştirak etmişdi. İndi bu şəxs hüquq və qanunlardan danışır…
“Biz Bakıdan qorxmuruq”, — deyir Rusopulos. Amma məhz qorxu onu diplomatik etika normalarını pozmağa, siyasi təlxəkliyə, tərbiyəsizliyə vadar edir.
Bu, Azərbaycanın artan beynəlxalq nüfuzuna, enerji resurslarına, strateji mövqeyinə və müstəqil siyasətinə qarşı duyulan qorxudur. Rusopulos bu reallığı qəbul etmək əvəzinə, onu emosional çıxışlarla ört-basdır etməyə çalışır. Qərb elitalarının iflasa uğramış nümayəndəsi kimi o, öz komplekslərini “prinsipial mövqe” kimi təqdim edir.
AŞPA bu gün institut yox, səhnələşdirilmiş teatr tamaşasıdır. Bu teatrda artıq bərabərlik yoxdur — yalnız rejissorlar və marionetlər var. Rusopulos pis rejissordur: qışqırır, ittiham edir, yalan danışır, amma auditoriya getdikcə azalır.
Azərbaycan isə bu teatrı tərk edən və bunu başı dik şəkildə edən ilk ölkələrdən biridir. İlham Əliyev haqlı idi — dünya doğrudan da dəyişir. Bu, suverenliklərin dövrüdür. Elə bir dövr ki, “Avropa Şurası” maskası arxasında gizlənən köhnə, ikiüzlü və neokolonial yanaşmalar artıq keçərli deyil. Azərbaycan bu oyunlara artıq uymayacaq.
Rusopulos çıxışında “Azərbaycan iki il ərzində Avropa Şurası ilə əməkdaşlıqdan imtina edib” deyə bildirir. Amma unudur ki, bu iki il ərzində AŞPA əməkdaşlıq yox, siyasi təzyiqlə məşğul olub. Heç bir sorğu, bəyanat, ya da nümayəndə heyəti obyektiv qiymətləndirmə məqsədi daşımayıb.
Hazırlanan hesabat və qətnamələr artıq əvvəlcədən yazılmış ssenarilər üzərində qurulub, Brüsseldəki və Parisdəki ermənipərəst mərkəzlərdə formalaşdırılıb. Fransız deputat Jak Merin dediyi kimi: “Avropa Şurası artıq fikir mübadiləsi məkanı yox, arzuolunmazlara qarşı mübarizə alətinə çevrilib. Azərbaycan bu prosesdə ilk qurban oldu, amma yəqin ki, sonuncu olmayacaq.”
Avropa Şurasının daxilində belə bir anlayış formalaşır ki, Azərbaycanı onun konkret hərəkətlərinə görə deyil, prinsiplərinə görə cəzalandırdılar. Ona görə ki, Azərbaycan obyekt olmaqdan imtina etdi.
Ona görə ki, nəfəs almaq üçün kimsədən icazə istəmədi.
Əgər Rusopulos həqiqətən insan hüquqlarının qorunmasından narahatdırsa, o zaman BMT, “Amnesty International” və “Human Rights Watch” kimi təşkilatların 2020-ci ildən əvvəl Qarabağla bağlı yaydığı hesabatlara baxmalı idi.
Həmin sənədlərdə aşağıdakı faktlar təsbit edilib: Xocalı, Şuşa və Kəlbəcərdə etnik təmizləmə; Xocavənd və Füzuli rayonlarında yeni aşkarlanmış kütləvi məzarlıqlar; bütün məscidlərin dağıdılıb donuz fermasına çevrilməsi.
Avropa Şurasının heç bir orqanı, o cümlədən AŞPA bu cinayətlərin araşdırılması üçün bircə dəfə də olsun missiya göndərməyib. Bu siyasi korluq və qərəz deyilmi?
Reallıq budur ki, PASE-nin insan hüquqları ilə bağlı isterikası hüquqla deyil, geosiyasətlə bağlıdır. Əsl səbəb enerji və strateji maraqlardır.
Azərbaycan artıq köhnə Avropanın “oyna bizim qaydalarla — səni kluba buraxaq” şərtini qəbul etmir. Əksinə, o, şərtləri özü müəyyən edir, koridorlar açır, qaz ixrac edir, Türk dünyasına və Mərkəzi Asiyaya sərmayə qoyur, Çin və Türkiyə ilə əməkdaşlıq edir. 2022-ci ilin iyul ayında Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin bəyanatı bunu təsdiqləyir: “Azərbaycan etibarlı tərəfdaşdır, biz onunla 2027-ci ilə qədər qaz təchizatını iki dəfə artırmaq istəyirik”.
Bəs necə ola bilər ki, eyni aktor bir tərəfdən “diktatura” adlandırılır, digər tərəfdən isə “etibarlı tərəfdaş” elan edilir?
Bu, klassik Qərb riyakarlığı və koqnitiv dissonansdır. Və bu dissonansı pərdələmək üçün belə çirkli işi Rusopulos kimi fiqurantlara tapşırırlar. O, Azərbaycana hücum etməklə Brüsselin və Strasburqun arxa otaqlarında qurulan riyakarlığı ört-basdır etməyə çalışır. Qapalı qapılar arxasında Azərbaycan qazı üçün yalvaranlar, tribunada onu qaralamağa cəhd edirlər.
Azərbaycan artıq sübut edib ki, öz şərəfini, maraqlarını və xalqını qorumağı bacarır — istər döyüş meydanında, istər diplomatik masada, istər enerji sektorunda, istərsə də mədəniyyət sahəsində. PASE-dən çıxış (de-fakto məhz bu baş verib) zəiflik deyil, faydasız bir yükdən azad olmaqdır.
Bu gün hər bir ittifaq praktik maraqlara əsaslanmalıdır. Azərbaycan da məhz bu prinsiplə hərəkət edir: ikitərəfli münasibətlər, maraq əsaslı alyanslar, strateji layihələr. Bu kontekstdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun sözləri yerinə düşür: “Avropa Şurası artıq təzyiq alətinə çevrilib. Biz əvvəlcədən yazılmış ssenarilər üzrə rolların paylandığı tamaşada iştirak etmək niyyətində deyilik”.
Teodoros Rusopulos çıxışında özünü demokratiya cəngavəri kimi təqdim etməyə çalışır. Amma onun pafoslu ritorikasının arxasında tam başqa bir şey sezilir — panika, acizlik və sonuncu mənəvi inhisar üzərində nəzarəti itirmək qorxusu. Rusopulos köhnə, ömrünü başa vurmuş bir nizamın ruporudur. Bəli, nə qədər gur səslə inkar etsələr də, qorxu — onun miskin ruhundadır. Tarix hər şeyi yerinə qoyacaq.
Və nə vaxtsa Avropa Şurasının səhifələri tarix kitablarında yenidən yazılacaqsa, Rusopulosun adı insan hüquqları bəyannaməsinin yanında deyil, kollektiv Qəebin mənəviyyat və ədalət hissini itirdiyi zaman necə çökdüyünün nümunəsi kimi iqtibas gətiriləcək.
Siyasi təlxəklərin aqibəti budur…