vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
Tiflis-Moskva böhranı 16:08 | 22 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tiflis-Moskva böhranı

Gürcü nazir Rusiyadan ATƏT-ə şikayət etdi: “Ərazi bütövlüyümüzü pozurlar”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili paytaxt Tbilisidə görüşlər keçirən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Botçorişvili və Sinirlioğlu Xarici İşlər Nazirliyində qapalı keçirilən görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Buradakı çıxışında Botçorişvili ölkəsinin ATƏT-in üzvü olduğunu xatırladıb və “Bu kontekstdə hesab edirik ki, ATƏT-in yaranmasının 50-ci ildönümündə bu təşkilat Avropanın təhlükəsizliyi üçün işləmək gücünə malik olmalıdır”, – deyib.

Gürcüstanın ərazi bütövlüyü problemi olduğunu bildirən Botçorişvili, “Gürcüstanın iki rayonu Abxaziya və Sxinvali (Cənubi Osetiya) Rusiyanın işğalı altındadır və Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozmağa davam edir”, – deyib.

Botçorişvili Sinirlioğlunun təmasları çərçivəsində Gürcüstandan birtərəfli müstəqilliyini elan etmiş Cənubi Osetiyanın işğal xəttinə baş çəkəcəyini bildirib və ATƏT-in baş katibinin “işğalın ağır humanitar nəticələrini yaxından görmək fürsəti əldə edəcəyini”, – bildirib.

Gürcüstan və Rusiya arasında keçirilən Cenevrə danışıqlarına ATƏT-in töhfə verdiyini deyən Botçorişvili iki ölkə arasında daha əvvəl keçirilən Qali danışıqlarının bərpa olunmasının vacibliyini vurğulayıb.

Botçorişvili Gürcüstanın sülhsevər siyasət yürütməkdə davam etdiyini bildirib və aşağıdakı bəyanatları verib: “Biz həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq təhlükəsizlik və insan hüquqları mexanizmlərinə çıxışın təmin edilməsini vacib hesab edirik. Gürcüstan regionda sülh və sabitlik istəyir”.

Nazir Botçorişvili Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməkdə davam etmək istədiklərini bildirib: “Biz Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq və Gürcüstanın regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazır olduğunu qeyd edirik”, – deyib.

***

Sinirlioğlu ATƏT-in baş katibi kimi ilk dəfə Gürcüstanda rəsmi təmaslar keçirdiyini də bildirib.

ATƏT olaraq Gürcüstanı dəstəklədiklərini qeyd edən Sinirlioğlu, “Təbii ki, təşkilatımıza üzv olan bütün ölkələrin maraqlarına sədaqətlə xidmət edirəm”, – deyib.

ATƏT-in insidentlərin qarşısının alınması mexanizminin 16 illik tarixə malik olduğunu bildirən Feridun Sinirlioğlu, “ATƏT xüsusilə münaqişə bölgələri və ölkələr arasında dialoqun vacibliyini sübut etmiş bir təşkilatdır”, – deyib.

Sinirlioğlu Gürcüstan hökuməti ilə illərdir əməkdaşlıq etdiklərini bildirib: “Gürcüstanda sabitlik həm gürcü xalqının, həm də bütün regionun maraqları, təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından həyati əhəmiyyət kəsb edir”.

ATƏT-in baş katibi Sinirlioğlu Gürcüstanda təhlükəsizliyi gücləndirməkdə qərarlı olduqlarını Gürcüstana sübut etmək istədiklərini bildirib. Sinirlioğlunun Gürcüstandakı görüşləri davam edir.