
İtaliya Alp dağlarında faciəvi yay
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Marko Polonun ailəsi gətirmiş ola bilər
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
Ölənlərin sayı 4-ə çatdı
İtaliya nəhəng layihəyə start verdi
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
İtalyanların şərabda bişirdiyi Qazax yeməyi
İngiltərədən olan cütlük “1 avroya ev” aldı, xərcləri 40 min avronu keçdi
Minlərlə məhbus azadlığa buraxılacaq
Təyyarənin mühərrikinə sovruldu
İtaliya NATO hədəfinə çatmaq üçün hansı strategiyanı izləyəcək?
Milanda asfalt əriyib
Katoliklərin ruhani lideri Papa Fransisin ölüm xəbəri bütün dünyada böyük təsir doğurarkən, əsrlər əvvələ aid bir proqnoz gündəmə gəldi. 88 yaşlı Papa Fransisin ölümünün rəsmi elan edilməsindən sonra Vatikan yeni Papanın seçilməsi üçün konklav prosesinin başladığını elan edib. Lakin bu ölüm təkcə dini liderlik baxımından deyil, həm də tarixin dərinliklərindən bir öncəgörməni xatırlamaq baxımından diqqəti cəlb etdi. Qədim mətnlərdəki “Yeddi təpəli şəhər dağılar” ifadəsi yenidən aktual mövzuya çevrilib.
***
16-cı əsrdə yaşamış məşhur ekstrasens Mişel de Nostradamusun mətnlərində qoca papanın ölümündən sonra böyük dağıntının olacağı proqnozlaşdırılırdı. Öncəgörmədə aşağıdakı ifadələr yer alır: “Çox qoca Papa öləcək... Onun yerinə kim gəlsə, papalığı zəiflədəcək... Onda böyük dağıntı olacaq. Yeddi təpəlik şəhər yerlə-yeksan olacaq”.
Mütəxəssislər, bu tərifin Romaya aid olduğunu bildirir. Tiber çayının şərqində yerləşən Roma Palatine, Aventine, Celio, Capitoline, Esquilino, Quirinale və Viminale adlı yeddi təpə üzərində inşa edilib. Roma həm katolik inancının, həm də Qərb sivilizasiyasının tarixi mərkəzlərindən biri hesab olunur.
***
Nostradamusun proqnozlarına görə, Roma Papasının ölümündən sonra Romada böyük dağıntıların ola biləcəyi ehtimal edilir. Bu dağıntının müharibə, təbii fəlakət və ya ciddi vətəndaş iğtişaşları ola biləcəyi güman edilir.
Fransız İnqilabı, Hitlerin yüksəlişi və 11 Sentyabr hücumları kimi mühüm tarixi hadisələri bir neçə əsrlər əvvəl proqnozlaşdıran Nostradamusun keçmiş öncəgörmələri bəziləri bu yeni kahinlyini ciddiyə alınmasına səbəb olub. İndi dünyada bir çox insan “Bu təsadüfdürmü? Yoxsa tarixin qədim dövranı yenidən işə düşür” kimi suallar verir.