vaxtlı-vaxtında oxuyun! Bazar, 27 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
ATƏT – bitmiş fikir 08:26 | 27 iyul 2025 | Bazar Məqaləyə 19 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ATƏT – bitmiş fikir

Rusiya və Fransa necə neytrallaşdırıldı

RƏVAN

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT-in Minsk yarananda, 5 dövlət nəzərdə tutuldu. Bunun təklifini ABŞ verdi. ABŞ, Rusiya, Azərbaycan, Ermənistan və bir də Azərbaycan və Ermənistan tərəfindən seçilən 5-ci dövlət. Ermənistan Fransanı seçdi və təəssüf ki, Azərbaycan tərəfi də Rusiyanın təzyiqi ilə Almaniyanı yox Fransanı seçməyə məcbur oldu. Deməli güc balansına fikir versək, burada ABŞ tək qalır. ABŞ-ın bu qurumun yaratmaqda məqsədi o idi ki, Rusiya Qarabağı tam olaraq tərkibinə daxil etmək istəyirdi və buna imkan verməsin. (Kalininqrad statusu formasında, amma əhalisi ermənilərdən ibarət olmaqla bərabər sonra ora əlavə olaraq rusları yerləşdirməklə). Artıq 5 dövlətdən dördü, ABŞ istisna digərləri Qarabağın Rusiyanın nəzarətinə keçməsinə de-fakto razı idilər. (1993-cü ildə Azərbaycanın, Qarabağdan əlavə 10 faiz torpağının iki ay ərzində işğal edilməsi də Rusiya oyunun tərkib hissəsi idi).

Fransa üçün isə Qarabağın, Ermənistanın və yaxud Rusiyanın nəzarətində qalması üçün fərqi yox idi. Yetər ki, Fransa daxilində erməni lobbisi ikinci erməni dövlətinin yaranmasına görə Fransaya minnətdar olsunlar.

ABŞ isə Rusiyanın Qarabağı tam işğal edib Qafqazda möhkəmlənməsinə maneə olmaq üçün bu prosesi mümkün qədər uzatmalıydı ki, vaxtı gələndə bu problemi həll etsinlər.

Ya Ermənistanda anti-Rusiya hakimiyyəti qurmalı ya da enerji sahəsində əməkdaşlıq etdiyi Azərbaycanı Rusiyanın təsirindən çıxarmalı idi.

Fransanı isə istənilən halda bu siyasətdən uzaq tutmaq problem deyildi. CORONA virus dönəmində dünya əhalisini, bütün şirkətləri evə qapatdılar, amma ABŞ-da isə açıq və hər kəs meydanda seçki təbliğatı apardı. Və sonra hər şey məlum. Qarabağ siyasətində aktivləşmə və qısa müddətdə müharibə başladı. Burda, Ermənistanda yeni hakimiyyətə gələn Paşinyanın aktivliyi və Türkiyənin Rusiya qarşı qoyulması böyük rol oynadı. Rusiyanı Qarabağ savaşından təcrid elədilər.

Hər iki tərəfə açıq, Rusiyasız müharibə şəraiti yaratdılar. Nəticədə 35 illik problem, uca şəhid və qazilərimizin qəhrəmanlığı, Ali Baş Komandanın iradəsi sayəsində 44 günə həll edildi. ATƏT-in varlığı və nəticədə Qarabağ Azərbaycandır. Azərbaycan bu problemi hər zaman həll edə bilərdi, yalnız Rusiya ilə savaşmasaydıq və Rusiyanın təsirində olmasaydıq.

 Artıq ABŞ istədiyini əldə etmişdi. Ermənistan və Azərbaycan Rusiyasız idarə olunurdu. Azərbaycan tərəfindən Rusiya ilə Türkiyə məşğul idi, Ermənistanı isə birbaşa ABŞ qoruyurdu. Qarabağ savaşı ilə bağlı tək Türkiyə ilə Rusiya arasında iki müqavilə imzalanıb. Mövlud Çavuşoğlu TBMM -de açıq söylədı. Azərbaycanda Türkiyə Monitorinq qrupu quruldu və Rusiya Azərbaycandan çıxarıldı.

Fransa Prezidenti Makron, ATƏT-in statusundan son dəfə istifadə edərək,  Ermənilərin Qarabağın dağlıq hissəsində saxlanılması üçün ABŞ-ın razılığını aldı və Rusiyanın “sülhməramlı” kimi orda yerləşdirilməsini təmin etdilər. Amma Rusiya orda təxribat törətdiyindən və Azərbaycan tərəfi 200 nəfər itki verdiyindən, ABŞ və Türkiyənin təzyiqi ilə Rusiya və erməni separatçıları yanvar ayında Qarabağı tərk etməli olduqları halda, üç ay öncə çıxarılmağa məcbur oldular. Bunu nə Azərbaycan gözləyirdi, nə də Ermənistan. Hər şey ani baş verdi.

 Qondarma “Arsax” rəhbərliyi isə Paşinyanın həbsindən qurtarmaq üçün könüllü olaraq Azərbaycan tərəfinə təslim oldular ki, Putinin köməyi ilə Azərbaycan onları azad edəcək. Amma Putin Azərbaycandakı məğlubiyyətini sinirə bilmədi, Ukraynaya hücum etməklə vəziyyətini indiki hala gətirdi və erməni separatçıları artıq həbsdən çıxa bilməyəcəklərini anladılar, onlar Putin tərəfindən “unuduldular”.

Vardanyan isə dünyada öz tərəfdarlarını, guya “dünya alimlərini” Azərbaycan üzərinə tökməklə, tək özünü həbsdən azad etdirməyə çalışdı və buna hələ də davam edir.

Müharibə bitəndən sonra Makron öz səhvini sığortalamaq və erməni lobbisinin ağzını bağlamaq üçün mətbuata açıq dedi ki, Pasinyan məndən müharibə zamanı kömək istəmədi, istəsəydi dəstəyimizi verəcəkdik. Makron və Paşinyan da yaxşı bilir ki, yalan danışır. Çünki ABŞ-ın cızdığı plandan kənar hərəkət etmək mümkün deyildi və buna cəhd etmədilər. Makron dəfələrlə ATƏT-in adını çəksə də eşidən olmadı.

 Artıq ATƏT, ABŞ tərəfindən bu savaş başladığı andan dəfn edilmişdi, onun missiyası bitmişdir. ATƏT-in başıbəlalı, dünya üçün olduqca təhlükəli olan ikinci böyük dövləti olan Rusiya artıq düşmən tərəf elan edilmişdi.

Bu gün Azərbaycan tərəfinin ATƏT-in fəaliyyətinin rəsmi olaraq dayandırılmasının tələb etməsi haqlı tələbdir. Səbəb isə Fransanın hər vəchlə bundan istifadə etməsi və Rusiyanın əvəzinə başqa bir dövləti ora təklif etməsi cəhdidir. Çünki Fransa hələ də qarışdırmaq missiyasından əl çəkmir. Zəngəzur dəhlizinə müdaxilə etmək istədi, ABŞ imkan vermədi. Elə Paşinyan da razılıq verməkdə maraqlı deyil ki, bir daha geri qayıtmasınlar.

Bir sözlə ATƏT Minsk qrupu de-fakto məhv olub, de-yure isə ləğv edilməsi Azərbaycan və Ermənistan arasında bağlanan sülhdən sonra fəaliyyətinə xitam veriləcək.

 İndi isə ABŞ, Zəngəzur dəhlizinin bir an öncə fəaliyyətə başlamasına hazırlaşır. Çünki Putinə, Qafqazda və Ukraynada məğlubiyyətindən sonra heç kim qarant vermir ki, işğalını Orta Asiya üzərində davam etdirməyəcək. Əgər bu baş versə Zəngəzur dəhlizinin əhəmiyyəti itə bilər.