
Büdcə kəsirində tariflərin təsiri
35 milyardlıq azalma var
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
ABŞ-da istehsalçı inflyasiyası mənfi olub
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşü yekunlaşdı. Nəticələr haqqında nə demək olar? Bu suala cavab vermək üçün görüşdən sonra yayınlanan bəyanatlara və verilən açıqlamalara diqqət yetirmək lazımdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir: “3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib. Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər”.
Ancaq görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamalarına diqqət yetirsək Vaşinqton görüşü ilə bağlı nikbin notların az olduğunu görərik. Elmar Məmmədyarovun görüşdən sonra elə ilk cümləsi bundan ibarət olub: “Aramızda hələ də ciddi fərqlər qalır”. Elmar Məmmədyarov açıqlamasında bir neçə dəfə “fikir ayrılıqları” ifadəsini də işlədib. Azərbaycan xarici işlər nazirinin açıqlamasından o da məlum olur ki, həmsədrlər danışıqlar prosesində nəsə əlavə sənədlər təqdim ediblər. Elmar Məmmədyarov həmin sənədlərin nədən ibarət olduğunu açıqlamır, ancaq güman etmək olar ki, təkliflər atəşkəsin qorunmasının mexanizmlərinə aiddir. Çünki son günlər cəbhə bölgəsində artan gərginlik həmsədrləri ciddi narahat edir və onların gbu gərginliyin azaldılması yollarını axtarırlar. Elmar Məmmədyarovun açıqlamasında belə bir anlaşılmaz məqam da var: “Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Biz əhalini sülhə hazırlamalıyıq”.
Əhali sülhə mərhələli həll planı işə düşəndən sonra hazırlanmalıdır. Bu olmadan Elmar Məmmədyarovun təbirincə desək, “hərbçilərin kazarmalara qayıtması” Azərbaycanın milli və təhlükəszlik maraqlarına ziddir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov bir neçə gün əvvəl açıqlamalarında haqlı olaraq bunun tərsini deyir, işğalçıya təzyiqin artırılması vacibliyindən danışırdı. Elə Azərbaycan ordusunun hərbi təlimlərinin sayının artırılmasının məqsədi də budur.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vaşinqton görüşünün yekunlarına dair birgə bəyanatı Azərbaycan XİN-nin bəyanatından və Elmar Məmmədyarovun səsləndirdiyi fikirlərdən fərqlidir. Məsələn həmsədlərin bəyanatında Elmar Məmmədyarovun vurğuladığı hansısa sənəddən söz açılmır. Əksinə həmsədlərin bəyanatında Azərbaycanın maraqlarına zidd məqam var. Məsələn həmsədrlərin bəyanatında belə bir cümlə var: “Təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılması kimi əməllərdən çəkinməyə çağırıblar”.
Biz təmas xəttində fəal olmasaq və ya snayperlərimiz işlərini görməsələr işğalçıya necə təzyiq edəcəyik? Snayperlərin geri çəkilməsi maraqlarımıza xidmət etmir. Yeri gəlmişkən Vaşinqton görüşündən bir gün sonra Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Beləliklə, Vaşinqton görüşündə nəticə əldə olunmayıb. Yeganə nəticə 19 il aradan sonra görüşün ABŞ-da təşkil olunmasıdır. Ancaq bu Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması anlamına gəlmir. Vaşinqton sadəcə bununla Rusiyaya mesaj göndərdi ki, Cənubi Qafqazda Amerikanın maraqları var. Bunun münaqişənin həllinə birbaşa təsiri olmasa da, ABŞ-ın Cənubi Qafqazda varlığını göstərməsi Azərbaycanın da maraqlarına uyğundur. (“Atlas” Araşdırmalar Mərkəzi)