vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
23:36 | 13 yanvar 2017 | Cümə Məqaləyə 2114 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğandan yunanlara sərt xəbərdarlıq

«Türkiyə olmadan hansısa məsələnin həllinə arxalanmasınlar»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə prezidenti Ərdoğan ölkə ordusunun bölünmüş Kipr ərazisindən tamamilə çıxarılması barədə məsələnin müzakirə olunmadığını bəyan edib.

«Biz Kipr və Yunanıstan rəhbərliyinə açıq-aşkar bəyan etdik ki, təminat qarantı olaraq Türkiyə olmadan hansısa məsələnin həllinə arxalanmasınlar», – deyə Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Kiprin türk icmasının nümayəndələri məsələnin həllində «fəal və düzgün işləyirlər».

«Lakin Kipr və Yunanıstan rəhbərliyi bu məsələnin həllini başqa cür görürlər» – deyə Erdoğan bildirib.

Xatırladaq ki, Kiprin birləşdiriliməsiylə bağlı danışıqlar bazar ertəsi Cenevrədə BMT-nin başçılığı ilə başlanıb.

BMT nümayəndəsinin sözlərinə görə, təmsil etdiyi təşkilat danışıqlarda hakim kimi deyil, köməkçi rolunda çıxış edir.

BMT nümayəndəsi Espen Barth Eide Kipr icmaları ilə danışıqlarda Türkiyə rəhbərliyi ilə daima dialoqun aparıldığını qeyd edib. Onun sözlərinə görə, danışıqlar sülh prosesinin uğursuzluqla nəticələnməsinə yol verməyəcək dərəcədə yüksək səviyyədədir.