vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
00:04 | 6 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2806 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Brüsseldə prezidentə qarşı təxribat hazırlanır

Fitnəkarların «sapı» özümüzdəndir

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə rəsmi səfərdədir və orada Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və başqa rəsmi şəxslərlə görüşlər keçirəcək. Ancaq Azərbaycan dövlət başçısının gəlişinə təkcə Avropa Birliyinin xadimləri yox, həm də Azərbaycandan və Avropadan olan bəzi «vətəndaş fəalları» hazırlaşıblar. «Vətəndaş fəalları»nın niyə dırnaq arasına alındığı bir az aşağıda aydın olacaq. Hələlik isə...

Virtualaz.org-a məlum olub ki, fevralın 6-da «aktivist» Emin Milli Brüsseldə, Avropa parlamentindəki tədbirdə (otaq - A3H-1) Azərbaycandakı vəziyyət və Avropa Birliyi ilə ölkənin münasibətləri haqda nitqlə çıxış etməyə hazırlaşır. Bu çıxışa Bakıdan «skype» vasitəsi ilə jurnalist Xədicə İsmayılova da qoşulacaq.

Ayrıca vurğulanır ki, tədbir Prezident İlham Əliyevin Brüsselə səfəri ilə bağlıdır. Amma ən maraqlısı odur ki, bu «tədbirin» təşkilinə Avropa Parlamentinin üzvləri kömək göstərirlər. Onların arasında Çexiyadan olan, öz ermənipərəst mövqeyi və parlaq anti-Azərbaycan çıxışları ilə tanınmış məşhur deputat Yaromir Ştetina da var.

Əslində Emin Millidən, hansı ki, onunla birbaşa əlaqəli olan Meydan TV-də «ermənilərin soyqırımını» tanımağa çağıran materiallar yayılır, «bu, Türkiyənin problemidir, qoy o da ayırd etsin» deyilir, sonra da Brüsseldə «Artsax» tərəfdarlarının maliyyə dəstəyi ilə Azərbaycan Prezidentinin səfəri ilə bağlı fitnəkar tədbir təşkil edir, başqa nə gözləmək olar ki?!

Budur, məhz bəzi Avropa parlamentarilərinin anti-Azərbaycan maliyyə köməyindən iyrənmədiyinə, «ermənilərin soyqırımını» tanımağa çağırdığına görə Emin Milli dırnaqarası aktivistdir.