vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
17:30 | 10 fevral 2017 | Cümə Məqaləyə 742 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onun bütün yol qeydləri lazımsız təfərrüatlardır»

Xankəndindən olan erməni jurnalist: ««Qarabağ»ın ünvanına da yaxşı heç nə yazmayıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Xankəndində yaşayan erməni jurnalist, ictimai xadim və ssenarist Janna Krikorova bloqqer Aleksandr Lapşini tənqid edib. Virtualaz.org-un erməni KİV-nə istinadən məlumatına görə, Y.Krikorova həmçinin bildirib ki, Ermənistan tərəfi də bloggerin ekstradisiyasını tələb edə bilərdi.

«Aleksandr Lapşin Dağlıq Qarabağda o yerlərə baş çəkib ki, həmin ərazilər hərbi zona hesab olunur. O ərazilərdə nəinki şəkil çəkilməsi, hətta adi insanların ora getməsi də yasaqdır. Lapşin isə bütün bunlar haqqında açıq-aşkar yazırdı. Əgər o bunları yazmasaydı, ittiham edilməz və ekstradisiya olunmazdı.

Lapşin Qarabağın ünvanına da yaxşı heç nə yazmayıb. Əksinə, bütün onun yol qeydləri - lazımsız təfərrüatlardır. Məsələn, mehmanxananın hansı nömrəsində nə qədər milçək var və s. bu kimi mövzulardan ibarətdir. Bu qədər xırda müzakirələr lazım deyil. Bu jurnalistika deyil, iddialardır. Guya bu sərt jurnalistdir, bloqqerdir, hər şeyi bacarır. Prinsipcə, Lapşın oynayıb qurtardı. Ermənistan tərəfi də həmçinin, Lapşının ekstradisiyasını tələb edə bilərdi. Çünki o Dağlıq Qarabağa girişin qaydalarını pozmuşdu».