vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
19:29 | 10 fevral 2017 | Cümə Məqaləyə 1311 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gül Ərdoğanı «vurdu»

«Vicdan və ədalətə uyğun olmayan durumlar görürəm»

HEYDƏR

MÖVZU İLƏ ƏLAQƏLİ

«Həqiqətən də, prosesləri kədər ilə təqib edirəm. Həm vicdana, həm ədalətə uyğun gəlməyən bir çox hallar görürəm». Strateq.az xəbər verir ki, bu sözləri Türkiyənin eks-prezidenti Abdulla Gül Prezident sərəncamıyla bir çox elm adamlarını işindən uzaqlaşdırılmasını şərh edərkən bildirib.

Jurnalistlərin suallarını cavablandıran sabiq prezident xüsusilə elm dünyasında, universitetlərdə bu işin intensiv hal almasının çox narahatedici və «vicdanı yaralayıcı» olduğu qənəatindədir: «Ümid edirəm ki, bu səhvlər sürətlə düzəldilər».

Qeyd edək ki, ötən ay Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın imzaladığı Qanun hökmündə qərarnaməsiylə 631 elm adamı, 155 kiçik elmi işçi işlədikləri ali məktəblərdən uzaqlaşdırılmışdı. Bir çox AKP-çi deputatların da qarşı çıxdığı qərarnamə Türkiyə ictimai rəyində birmənalı qarşılanmamışdı. Məlumata görə, indiyə qədər Türkiyə tarixində dəfələrlə baş verən hərbi çevrilişlərin hamısında üst-üstə bu qədər elm xadimi vəzifəsindən atılmayıb. Odur ki, Ərdoğanın imzaladığı bu sərəncam müxalifləri tərəfindən Hitler rejiminin kadr islahatları ilə müqayisə olunur.

Maraqlıdır ki, bu gün imzalanan digər bir qərarnamə ilə Türkiyə təhsil sistemində də böyük təmizləmə əməliyyatına start verilib. Rəsmi məlumata görə, son qərarnamə ilə 33 min 65 pedaqoq öz işindən uzaqlaşdırılıb. Ümumiyyətlə, 15 iyul hadisəsindən sonra həbsə atılan, cəzalandırılan dövlət məmurları ilə Türkiyə tarixində rekord qırıldığını söyləmək mümkündür. Türkiyə Ədalət Nazirliyinin rəsmi açıqlamalarına əsasən, bu tarixdən sonra terrorçu ittihamıyla 200 mindən artıq insan göz altına alınıb, 10 minlərlə məmur işindən uzaqlaşdırılıb. Nə qədər iş adamının, hərbi qulluqçunun və elm xadiminin ölkədən qaçması isə bilinmir.

Ərdoğanın başlatdığı bu «təmizləmə əməliyyatının» sələfi Abdulla Gül tərəfindən eyhamlı üslubla qınanması xüsusi anlam daşıyır. Ən azı ona görə ki, AKP-nin qurulmasında ciddi əməyi olan adamlardan biri də Abdulla Güldür. Vaxtilə AKP-nin ikinci adamı olan, Ərdoğanın seçilməsinə əngəl yaradıldığı zamanlar sinəsini qabağa verib partiyanı hakimiyyətə daşıyan və ilk AKP hökumətini quran Abdulla Gül yürütdüyü incə, təmkinli siyasətilə Ərdoğanın deputat seçilməsinin önünü açmışdır. Daha sonra isə özü baş nazirlik könüllü imtina edərək, tutduğu postu Ərdoğana ötürmüşdü.

Türkiyənin AKP-yə qədərki rejimi Ərdoğan qarşısında prezidentliyə yüksəlişdə əngəl yaradanda da yenə önə Abdulla Gül çıxmış və AKP-nin ilk prezidenti olmuşdu. 2007-2014-cü illəri əhatə edən prezidentliyi dövründə o, aktiv siyasi polemikalara qarışmamış, təmkinini qorumuş, bütün siyasi qrup və partiyalara eyni məsafədə dayanmağa çalışmışdır. Bununla belə, Ərdoğanın indiki hakimiyyətinə aparan bir sıra islahatların qarşısını almaq səlahiyyətlərindən də istifadə etməmişdir.

Dünyanın iqtisadi çevrələri tərəfindən hörmətlə qarşılanan Abdulla Gülün Ərdoğanın yüksəlişində və qlobal çevrələrdə qəbul edilməsində böyük xidmətləri olub. Bu mənada sabiq prezidentin öz xələfi tərəfindən atılan addımları incə üslubla qınaması Ərdoğanın həm qlobal miqyasda, həm də silahdaşları arasında getdikcə yalnızlaşdığını göstərir…