vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
QARABAĞ  
15:58 | 1 mart 2017 | Çərşənbə Məqaləyə 1958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yazda yeni müharibə başlayacaq...»

Tomas de Vaal: «BMT-də, ATƏT-də kulisarxası diplomatiya gedir»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Karnegi fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall yazda Qarabağ münaqişəsi zonasında irimiqyaslı döyüş əməliyyatlarının başlaya biləcəyini deyib.

Virtualaz.org xəbər verir ki, ekspert bu barədə Ermənistanın «Jamanax» qəzetinə müsahibəsində danışıb. Tomas de Vall bildirir ki, təmas xəttində son eskalasiya tezliklə irimiqyaslı hərbi əməliyyatların başlamasına gətirib çıxara bilər.

Ekspertin sözlərinə görə, əgər eskalasiya daha da artsa Rusiya ən mühüm oyunçu olacaq. «Hazırda BMT-də, ATƏT-də kulisarxası diplomatiya gedir, tərəfləri yeni müharibə təhlükəsi barədə xəbərdar edirlər. Bununla belə, əgər tərəflər və ya tərəflərdən biri müharibə arzu edirsə o zaman bunu dayandırmaq üçün əldən heç nə gəlmir», Tomas de Vall bildirib.

Xatırladaq ki, təmas xəttində son eskalasiya zamanı Azərbaycan ordusu Xocavənd istiqamətində 6 hərbçisini itirib. Düşmən tərəf öz itkilərini açıqlamır. Təmas xəttində yüngül artilleriya və müxtəlif çaplı minomyotların tətbiq olunması intensiv xarakter alıb.