vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
21:34 | 19 mart 2017 | Bazar Məqaləyə 1304 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sepahın afişalarında türk fəallar «pantürkist» adlandırılıb

Sepah İran Azərbaycanında «Pantürkizm» ilə mübarizə kampaniyası aparır

MÖVZU İLƏ ƏLAQƏLİ

İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) İran Azərbaycanının şəhərlərində kitabçalar yayımlayıb və küçələrdə afişalar yerləşdirərək «pantürkist» adlandırdığı qruplara qarşı kampaniyalar aparır.

Öyrənci Səsi veb səhifəsinin yayımladığı fotoşəkillər və məlumata görə, Sepahın kampaniyaları ümumiyyətlə «Güney Azərbaycan Milli Hərəkatı», türk fəallar və Türkiyəyə qarşı propaqandalardan ibarət olur.

Sepahın afişaları və kitabçalarında türk dil haqları fəallarından «pantürkist» olaraq söz edilib. Propaqandalarda «pantürkistlərin» ana dili məsələsindən sui-istifadə edərək ölkəni bölməyə çalışdıqları irəli sürülür.

Urmiyə şəhərində yerləşdirilmiş afişaların birində bu sözlər dərc edilib: «Onlar türk və fars dillərini qarşı-qarşıya gətirməklə Azərbaycan əhalisini türk kimliyinə doğru yönəltmək istəyirlər. Bunun ilk nəticələrindən biri isə özgələrə, o cümlədən Türkiyə və Ankaraya meyilli və aşiq olmaqdır... Pantürkistlər əhalinin türk dilinə meylini zirvəyə çatdırmış olsalar da son mərhələdə uğursuz olublar. Yəni əhalini İran kimliyi yerinə Türk kimliyinə bağlaya bilməyiblər».

Afişaların birinin üzərində böyük hərflərlə «Amerika və Pantürkizm» ifadəsi dərc olunub. «Amerika bölgədə pantürkist düşüncəsinin yayılmasının ən böyük dəstəkçilərindən biridir və bu İran və İslama ziddi olan cərəyandan himayə edir», deyə həmin afişa üzərində dərc edilib.

Son vaxtlar İran İslam Respublikasının məhkəmə və təhlükəsizlik qurumları da türk fəallara qarşı basqılarını artırıb. Müvəqqəti azadlığa buraxılmış onlarla türk dil haqları fəalı yenidən məhkəməyə çağırılıb və bəzilərinə qarşı ağır həbs və sürgün cəzaları çıxarılıb.