vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
23:58 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 1654 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əhmədnejad seçkiyə buraxılmadı

İslam İnqilabı Keşikçiləri Şurası yalnız 6 nəfəri qeydə aldı

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Konstitusiyaya Nəzarət Şurası qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmüş və qeydiyyatdan keçmiş namizədlərdən 6 nəfərinin səlahiyyətini təsdiqləyib.

APA xəbər verir ki, qeydiyyatdan keçmiş namizədlərin adları beş gün Nəzarət Şurasında araşdırıldıqdan sonra təsdiqlənib.

Beləliklə Konstitusiyaya Nəzarət Şurası tərəfindən səlahiyyətləri təsdiqlənən şəxslər bunlardır:


1. İranın Məsləhət Şurasının üzvü və İslami Mötəlifə Partiyasının Mərkəzi Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim

2. Prezidentin birinci müavini İshaq Cahangiri Kuşayi

3. Hazırkı prezident Həsən Ruhani

4. «İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi»nin üzvü Seyid İbrahim Rəisi - Sadat

5. Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf

6. İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemitəba


İslam İnqilabı Keşikçiləri Şurası İranın keçmiş prezidenti Mahmud Əhmədinejada və onun sabiq müavini Həmid Bəqayinə prezident seçkilərində iştirak etməyə icazə verilməyib. Bir müddət əvvəl İranın Ali lideri ayətulla Əli Xamneyi apreldə prezident seçkiləri üçün namizəd qismində qeydiyyatdan keçən M.Əhmədinejatı seçkilərdə iştirak etməməyə çağırmışdı.

Qeyd edək ki, səlahiyyəti təsdiqlənməyən şəxslər sabahdan 5 gün ərzində səlahiyyətlərinin təsdiqlənməməsinə görə etiraz edə bilər.