vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
23:11 | 23 aprel 2017 | Bazar Məqaləyə 1669 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç kimi dəstəkləməyəcəyik»

Əhmədinejad və Bəqayi birgə bəyanat yayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda prezidentliyə namizədlikləri rədd edilmiş keçmiş prezident Mahmud Əhmədinejad və onun komandasından olan Həmid Bəqayi aprelin 23-də növbəti prezident seçkiləri bağlı birgə bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, onlar əhalinin və tərəfdarlarının geniş və davamlı istəyi və tələbi ilə prezidentliyə namizədliklərini irəli sürmüşdülər: «Bizə göstərdiyiniz səmimi dəstəyə görə siz həmvətənlərimizin hər birinə öz təşəkkürümüzü bildirir, özümüzü həmişə sizə borclu sayırıq. Biz hər zaman özümüzü millətin kiçik qulluqçusu, inqilabın isə əsgəri sayır, bununla fəxr edirik. Biz açıq və şəffaf şəkildə bildiririk ki, qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən heç birini dəstəkləmir, gələcəkdə də dəstəkləməyəcəyik».

Bu isə Həm Əhmədinejadın, həm də Bəqayinin prezidentliyə namizədliklərinin ləğv olunmasına göstərdikləri ilk reaksiyasıdır. Bəyanatda, Əhmədinejadın öz tərəfdarlarını qarşıdan gələn seçkiləri boykota çağırıb-çağırmaması məsələsinə toxunulmayıb.

İranın Konstitusiyaya Nəzarət Şurası aprelin 20-də bəyanat yayaraq 6 nəfərin prezidentliyə namizədliyinin rəsmən təsdiqləndiyini açıqlayıb. Keçmiş prezident Mahmud Əhmədinejadın və onun komandasından olan Həmid Bəqayinin isə namizədliyi rədd edilib.

Əhmədinejad, aprelin 17-də Çinin «Foniks» telekanalına müsahibəsində onun namizədliyinin mümkün ləğvi ehtimalı ilə bağlı səslənən bəyanatlara münasibət bildirmişdi: «Konstitusiyaya Nəzarət Şurasının mənim prezidentliyə namizədliyimi ləğv etməsinə hər hansı bir səbəb və əsas yoxdur».

O, «Əgər İranın Konstitusiyaya Nəzarət Şurası prezidentliyə namizədliyinizi ləğv etsə, sizin buna reaksiyanız necə olacaq» sualını isə «Bir az səbirli olun. Vaxtı çatanda görəcəksiniz» -deyə cavablandırmışdı.

İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da (ordibeheştin 29-da) keçiriləcək.