vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNEY  
17:35 | 15 may 2017 | Bazar ertəsi Məqaləyə 1919 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ola bilsin ki, tələb etməmişik»

Pezeşkiyan Qərbi Azərbaycanın idarəçiliyində kürdlərin daha çox rol almasını istəyib!

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan «Kürd Press» xəbər agentliyinin suallarını cavablandırarkən kürdlərin Qərbi Azərbaycanın idarəçiliyində daha çox rol almasını müdafiə edib.

Millət vəkili adı çəkilən xəbər agentliyinin müxbiri ilə danışıqda kürdlərin Qərbi Azərbaycan Vilayətinin idarəçiliyi ilə bağlı gileylərinin haqlı olduğunu deyib.

O «Nəyə görə kürdlərin Qərbi Azərbaycanın idarəçiliyində rolu məhduddur?» sualının cavabında deyib: «Bütövlükdə bütün qövmlərin bu məsələdə gileyi var. Lakin onların rəsmi orqanlara təyin edilməsi təkcə dövlətin mövqeyi ilə bağlı deyil. Bu, həm dövlət və həm də müxtəlif səlahiyyətli orqanlardan asılı məsələdir»

Ruhani tərəfdarlarının Bukanda (Bəykəndi) keçirdiyi tədbir zamanı müxbirin suallarını cavablandıran M.Pezeşkiyan prezidentin qövmlərlə bağlı fəaliyyətini müsbət qiymətləndirib. «Ruhani qövmlərlə bağlı tələblərin təmin edilməsi üçün rahat şəkildə qərar verə bilmir, lakin bu istiqamətdə müəyyən addımlar atılıb. Belə tələblərin təmin eilməməsində biz millət vəkillərinin də müəyyən günahı var. Ola bilsin ki, tələb etməmişik. Bütün bunlara baxmayaraq Ruhani hakimiyyəti ötən hakimiyyətlərə nisbətən qövmlərlə bağlı münasib addımlar atıb»- deyə o əlavə edib.

M.Pezeşkiyan Ruhani dövründə ölkədə siyasi mühitin açıq olduğunu iddia edərək bildirib ki, əgər bu hakimiyyət davam etməzsə mövcud açıq mühitin də davamı olmayacaq.

Qeyd edək ki, millət vəkilinin iddiasına rəğmən İranda Həsən Ruhani dönəmində Urmu gölünün canlandırılması və türk dilinin tədris edilməsi ilə bağlı verilən vədlər yerinə yetirilmədi və ana dilində təhsil tələb edən fəallar uzun müddətli həbs cəzalarına məhkum edildi.

Qərbi Azərbaycan Vilayətinə gəlincə isə Azərbaycanın əzəli torpaqları olan bölgə kürd terror qruplaşmaları tərəfindən Şərqi Kürdistan adlandırılır, onlar İran rejiminin yardımı ilə bölgəni kürdləşdirməyə çalışırlar. Qruplaşmalar Qərbi Azərbaycanı kürdləşdirmək üçün terror aktları törətməkdən belə çəkinmirlər. Onlar dövlətin rəsmi orqanlarına daxil olmaqla kürdləşdirmə prosesini daha da sürətləndirib və Qərbi Azərbaycan Vilayətini ələ keçirmək istəyirlər.