vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
17:38 | 4 yanvar 2014 | Şənbə Məqaləyə 2482 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Assancdan kilsəyə ittiham

WikiLeaks-in yaradıcısı katoliklərin dini qurumunu casusluqda günahlandırdı

Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

BBC holdinqinə daxil olan «Radio 4» radiostansiyası WikiLeaks saytının banisi Culian Assancın bir çıxışına görə kəskin tənqidlərə məruz qalıb. BBC xəbər verir ki, C.Assanc həmin çıxışında katolik kilsəsinin əleyhinə danışıb. «The Australian» nəşrinin yaydığı xəbərdə deyilir ki, Assancın həmin qalmaqallı moizəsi efirə britaniyalı müğənni Pi Cey Harvi tərəfindən buraxılıb. Yeri gəlmişkən, xanım Harvinin özü də «Radio 4»ün efirində yayımlanan «Today» səhər proqramına qonaq-aparıcı kimi dəvət olunubmuş.

C.Assanc proqramın adətən din haqda söhbət gedən ənənəvi hissəsində çıxış edərək bildirib ki, xristianlıq tarixindəki protestant islahatları sadəcə dini yox, həm də siyasi xarakterli hərəkat idi. C.Assanc deyib ki, katolisizm dindarların azadlığını məhdudlaşdırıb.
«Katolik kilsəsi tövbələr sistemi vasitəsilə casusluq edib, kilsəyə gələnlərin həyatını izləyib. Latın dilində oxunan moizələr isə bu dili başa düşməyən insanların dini anlamağına maneçilik törədib. İnsanların bilmək, öyrənmək hüququnu müdafiə etmək lazımdır» - deyə WikiLeaks-in banisi bildirib.
«The Telegraph» isə öz növbəsində bildirir ki, verilişin digər hissələrində səslənən fikirlər də tənqid olunub. Məsələn, bildirilib ki, müğənni Pi Cey Harvi də BBC-də öz solçu görüşlərini yayır. Onun dəvət etdiyi jurnalist Con Pilcer isə ABŞ prezidenti Barak Obamanı, Britaniyanın baş naziri Devid Kameronu tənqid edib. Vəkil Fil Şayner isə britaniyalı əsgərlərin işgəncələrinə məruz qalan iraqlıları müdafiə edib.
BBC-nin proqramını tənqid edənlər arasında Britaniyanın Uels işləri üzrə naziri Devid Cons və BBC-nin siyasi redaktoru Nik Robinson da var.
Yada salaq ki, WikiLeaks-in  banisi C.Assanc hələ də Ekvadorun Londondakı səfirliyinin ərazisindədir. C.Assanc ona görə bu səfirliyə sığınıb ki, İsveçə ekstradisiya olunmaqdan qurtulsun. O düşünür ki, İsveçə getsə, onu ABŞ-a təhvil verəcəklər.