vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
23:47 | 24 may 2017 | Çərşənbə Məqaləyə 1510 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft 100 dollara qədər bahalaşa bilər

Hasilatının azaldılması barədə razılaşma əldə edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

«Thomson Reuters»in neft sahəsində tədqiqat layihələri və analitika üzrə bölməsinin qlobal rəhbəri Şakil Beqq bildirib ki, neftin 1 barreli 100 dollara qədər bahalaşa bilər.

Virtualaz.org «Gazeta.ru» nəşrinə istinadən xəbər verir ki, öz müsahibəsində Beqq bildirib: «Təkliflə tələb bərabərləşərsə, 1 barrelin qiyməti 100 dollara çata və hətta bu səviyyəni keçə bilər».

Onun sözlərinə görə, eyni zamanda, bazar gözləntilərə uyğun hərəkət edir. Beləliklə, neftin qiymətinin artması üçün neft hasilatının və dünya ehtiyatlarının azalmasına inam olmalıdır.

«Təklifin tələb üzərində üstünlüyü sutkalıq 500 min barrel səviyyəsindən aşağı enərsə, qiymət 60 dolları keçəcək. Qiymətləndirməmizə əsasən, arada olan məsafənin bu cür azalması 2018-ci ildə baş tuta bilər», - ekspert vurğulayıb.


***


Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər neft hasilatının azaldılması barədə növbəti razlığa gəliblər.

«Trend»in məlumatına görə, bu barədə Küveytin neft, elektrik enerjisi və su ehtiyatları naziri Əssam əl-Marzuk deyib.

Xatırladaq ki, cari ilin yanvar ayından etibarən, Azərbaycan ölkədə hasilatı nəinki sutkada 35 min barrel azaltmaqla müvafiq öhdəliyinə uyğunlaşdırıb, hətta kvotadan da artıq azalmaya nail olub.