vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
11:22 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 3060 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vergilərin proqnozu «tutub»

Gömrükdə isə 18 faiz artım var

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin doqquz ayında vergi ödəyiciləri dövlət büdcəsinə 5 milyard 224,4 milyon manat vəsait ödəyiblər. Vergilər Nazirliyi proqnozdan 0,1 faiz artıq vəsait toplandığını açıqlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə ödəmələrin həcmi 298,3 milyon manat və ya 6 faiz artıb.

İdxal-ixrac əməliyyatlarından da təxminən bir o qədər çox vergi və rüsum yığılıb.

Oktyabrın 6-sı Dövlət Gömrük Komitəsi də aylıq gömrük vergi və rüsumlarının toplanması vəziyyəti haqda məlumat verib. Doqquz ayda gömrükçülər 1 milyard 951,6 milyon manat toplaya biliblər. Bu ötən ildən 297,9 milyon manat (18 faiz) çoxdur.

 

Plan artırılıb

 

Bu ilin iyun ayında dövlət büdcəsinə əlavə və dəyişikliklər edilib. 2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard. 645 milyon manat – ilin əvvəlində nəzərdə tutulandan 135 milyon manat çox yığılması nəzərdə tutulub. Gömrükçülərin planı isə 50 milyon manat artırılıb. Gömrük vergi və rüsumları üzrə bu il 1 milyard 250 milyon manat toplanacağı proqnozlaşdırılırdı. Proqnoz artıq, yerinə yetirilib.