vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
18:00 | 31 mart 2022 | Cümə axşamı Məqaləyə 834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan İsrailə qarşı terror aktlarını pisləyir

XİN “Twitter” səhifəsində açıqlama paylaşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

“Biz İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir. Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”, Xarici İşlər Nazirliyi “Twitter” səhifəsində bildirir.

Martın 22-dən başlayaraq İsraildə 3 terror aktı törədilib. Sonuncu terror hadisəsi martın 29-da Bney Brak şəhərində qeydə alınıb. Terror aktları nəticəsində ondan çox insan həlak olub.