vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
19:06 | 4 sentyabr 2015 | Cümə Məqaləyə 1306 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dolların yaxın gələcəyi necə olacaq?

Hər şey sentyabrın 17-də bilinəcək...

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatlarında Mərkəz Bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) adıçəkilən ölkə üçün Dünya iqtisadçıların və beynəlxalq birjaların maraqla gözlədiyi məlumatı açıqlayıb. Məlumatda deyilir ki, ABŞ-da avqustda kənd təsərrüfatı üzrə xaric məşğulluq 173 min artıb. Amma iqtisadçılar məşğulluqda 220 min nəfər artım gözləyirdi. Beləliklə, açıqlanan məlumat proqnozlardan aşağı çıxdı.

Məşğulluqdakı artımın gözləntilərdən aşağı olmasına baxmayaraq ölkədəki ən sağalmaz yara sayılan işsizlik nisbətinin 0.2 faiz azalaraq 5,1 faizə düşüb. Amma mütəxəssislər bu azalmanın 0.1 faiz olacağını güman edilirdi. Bununla da problem 2008-ci ilin Aprel ayından bəri ən aşağı səviyyəyə enib.

İyuldakı 215 minlik məşğulluq artımı 245 minə, İyundakı rəqəm 231 mindən 245 minə qaldırılıb. Avqust ayı üçün saatlıq qazanclar da artım var - 0,3 faiz. İllik bazada isə bu 2,2 faiz təşkil edib.

Analitiklər, kənd təsərrüfatı xaric məşğulluq göstəricisinin FED-in faiz artırmasına dair gözləntilər üzərində həlledici olacağını bildirirdilər. Qurum sentyabr ayının 16-17-də  toplantı keçirəcək. Bu toplantıda mühüm qərarlar veriləcəyi gözlənilir. Faiz artımı ilə bağlı qərarın taleyi ilə bağlı heç bir proqnoz yoxdur. Əgər məşğulluqdakı artımın 200 mindən çox olması faiz artımı üçün «yaşıl işıq» yandıra bilər.

FED-in faizləri artırması dolların daha da güclənməsinə səbəb olacaq. Belə olan halda ABŞ valyutasının Azərbaycan manatına necə təsir edəcəyi maraqla gözlənilir.