«Oturduğunuz stula hörmət edin!»
Siyavuş Novruzov deputatlara əsəbləşdi
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
Milli Məclisdə bayraq, himn və gerb müzakirələri
Parlament “Hərbi vəziyyət haqqında” Qanuna ciddi dəyişiklik etdi
-
Parlamentdə mübahisə
Siyavuş Novruzov spikerdən siyahı istədi
-
«Qiymət qalxdısa, enməsi çətin olur»
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
-
«Deputatların maaşı niyə qaldırılmır?»
Siyavuş Novruzovdan etiraz
-
«Tədbir görülməlidir»
Deputat hesabat verməyən siyasi partiyalarla bağlı sərt danışdı
-
«Bərabərhüquqlu əməkdaşlığa hazırıq»
Siyavuş Novruzov: «Heç bir böyük dövlətə kiçik qardaşlıq etmək fikrimiz yoxdur»
-
«Ən yaxşı istirahət elə ordadır»
Siyavuş Novruzov: «Mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...»
-
YAP-da dəyişikliklər başladı
Partiya prezident seçkisinə hazırlıq işlərinə start verdi
-
«Ciddi struktur islahatları gözlənilir»
Siyavuş Novruzov: «Bu cür hərəkətlərin cavabını Ermənistan çox qısa zamanda alacaq»
-
«Bunun arxasında arvadı erməni olan məmurlar dayanır»
Siyavuş Novruzov: «Struktur islahatları davam etdiriləcək»
-
«5-10 adam gələcək»
YAP-dan Milli Şuranın mitinqinə münasibət
-
Siyavuş Novruzov ««Facebook» vəsiqəsi»ndən danışdı
«Kişi arvad fotosu ilə şərh yazırsa, ondan nə kişi olacaq?
«Son zamanlar mətbuatda bəzi həmkarlarımız qeyd edir ki, Milli Məclis işləmir. Əgər Milli Məclis işləmirsə, o zaman niyə buradan əmək haqqı, mükafat alırsan?! Milli Məclisin funksiyası qanun qəbul etməkdən ibarətdir. Ötən sessiyada 100-dən çox qanun qəbul edilib. Bu qanunların hamısı ölkə iqtisadiyyatının inkişafı, vergilərin, maliyyə sisteminin tənzimlənməsi ilə bağlıdır. İndi biz nə edək?!»
Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib.
«Çiyinimizə taxta- şalban götürüb daşımalıyıq ki, biz işləyirik? Yoxsa divar hörməliyik?»-deyə o, iradını dilə gətirib.
S.Novruzovun sözlərinə görə, müsahibə verən deputatlar nə dediklərini fikirlərşməlidirlər: «Biri deyir ki, komanda dəyişməlidir. Sən kimsən ki komanda dəyişəsən? Komanda cənab Prezidentin komandasıdır. Onun nəticəsində bu gün Azərbaycanda nə qədər layihələr həyata keçirilir, regionlarımız inkişaf edir, ölkəmiz yenidən qurulub, tikilib. Bunu deyənlər onların birinin funksiyasını yerinə yetirə bilər? Əgər edə bilmirsənsə, iki gün mətbuat səhifələrində qalmaqdan ötrü belə fikirlər irəli sürmək hansı məntiqə sığır? Biz parlamentli respublika deyilik.
Hərdən Türkiyəyə baxıb coşursuz. Biz prezidentli respublikayıq. Bizim borcumuz qanunları qəbul edib, onlara nəzarət etməkdən ibarətdir. Biz icranın funksiyasını yerinə yetirməməliyik. İcra funksiyasını yerinə yetirəni Azərbaycan Prezidenti təyin edir və əgər həmin şəxs vəzifəsinin öhdəsindən gəlmirsə, dərhal həmin vəzifədən azad edilir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Hətta bəziləri haqqında həbs-qətimkan tədbirləri görülüb. Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır.
Bununla bağlı qurumlar var ki onlar bununla məşğul olur. İndi kiminsə kimdən xoşu gəlmirsə və xahiş yerinə yetirmirsə, bu o demək deyil ki, biz bu məsələləri bu cür qaldırmalıyıq. Hər kəsin özünün funksiyası var. Bizim funksiyamız da qanun qəbul etməkdir. Parlamentin üzvləri beynəlxalq təşkilatlarda, ayrı-ayrı insanlara, eləcə də ermənilərə qarşı mübarizə aparırlar. Bundan başqa daha nə etməlidirlər? Bu baxımdan düşünürəm ki, çıxış edən hər kəs öz oturduğu stula hörmət etməlidir».