vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SAHİBKARLIQ  
19:55 | 23 noyabr 2013 | Şənbə Məqaləyə 2626 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tikinti materialları istehsalı artsa da...

Metal məmulatlarınınkı yarıdan çox azalıb

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 17,4% artaraq 287,4 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ölkədə sement istehsalı 4,5% artaraq 1,7 mln. ton, tikinti gipsi istehsalı 33,8% artaraq 153,4 min ton, hörmə üçün hazır beton qarışığı istehsalı 11,4% artaraq 1151,5 min ton olub.

Bu il noyabrın 1-nə müəssisələrin anbarlarında 17,6 mln. manat həcmində və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 6,7%-i qədər hazır məhsul ehtiyatı olub.
Digər bir xəbərə görə yanvar-oktyabr aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 324,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, istehsalın həcmi metallurgiya sənayesində 0,3% artıb.
Dövlət Statistika Komitəsinin başqa bir məlumatına görə, hazır metal məmulatlarının istehsalı sahəsində isə 51,7% azalma baş verib.
Yanvar-oktyabr ayları ərzində sahə üzrə 1,6 min ton və ya 77,7% çox çuqun tökmə, 57,1 min ton və ya 9,0% çox polad borular, 189,5 min ton və ya 8,6% az armatur istehsal edilib.