vaxtlı-vaxtında oxuyun! Cümə, 15 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
09:22 | 16 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 3266 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hə, ya yox?

Kataloniya prezidenti odla su arasındadır

MÖVZU İLƏ ƏLAQƏLİ

Kataloniya prezidenti ciddi bir qərar qarşısındadır. Qərar İspaniyanın separatçı hərəkatının kursunu müəyyən edəcək. İspaniya hökuməti Karles Puçdemonta bazar ertəsinə qədər möhlət verib.

Əgər Puçdemont Kataloniyanın müstəqilliyini elan etdiyini təsdiqləsə, Rahoy bir neçə gün ərzində İspaniya konstitusiyasının 155-ci maddəsindən istifadə edərək, Kataloniyanın yarı-muxtar statusunu ləğv edəcək və region üzərində birbaşa nəzarətini elan edəcək.

Katalanların əksəriyyəti oktyabrın 1-də keçirilən referendumda İspaniyadan ayrılmaq lehinə səs verib. Puçdemont çərşənbə axşamı regionun parlamenti önündə etdiyi çıxışında Kataloniyanın müstəqilliyini elan edib, lakin separatçılar ilə Madrid hökuməti arasında danışıqların aparılmasına imkan yaratmaq üçün müstəqilliyin həyata keçirilməsini bir neçə həftə təxirə salıb.

Bunun İspaniyaya təsirləri böyük olacaq. Kataloniya ayrılsa, ölkə iqtisadi məhsulunun beşdə birini, ixraclarının isə 25 faizini itirə bilər.