vaxtlı-vaxtında oxuyun! Cümə, 15 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
15:03 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 3268 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İspaniya Kataloniyanın muxtariyyətini ləğv edir

Puçdemontdan isə rəsmi Madridə hədələyici məktub

MÖVZU İLƏ ƏLAQƏLİ

İspaniya hakimiyyəti şənbə günündən Kataloniyanın müstəqilliyini dayandırır. «Reuters»in məlumatına görə, bunu oktyabrın 190-da İspaniya hökumətinin sözçüsü İnigo Mendez De Vigo bəyan edib.

Qeyd edək ki, İspaniya hakimiyyəti müstəqillikdən əl çəkmək üçün Kataloniya lideri Karles Puçdemonta (Carles Puigdomont) oktyabrın 19-u yerli vaxtla səhər saat 10-dək vaxt qoymuşdu.

Puçdemont isə buna cavab olaraq ultimatumun bitməsinə bir neçə dəqiqə qalmış bəyan edib ki, əgər İspaniya hökuməti Kataloniya ilə danışıqlara başlamasa, regional parlament rəsmən İspaniyadan ayrılmağa səs verə bilər.

«Əgər hökumət dialoqa mane olsa və represiyaları davam etdirsə, Kataloniya parlamenti münasib sayılsa rəsmi müstəqillik bəyannaməsinə səs verə bilər», Puçdemont İspaniyanın baş naziri Marian Rajoya ünvanladığı məktubda bildirib.

Kataloniya lideri Puçdemont oktyabrın 1-də keçirilən müstəqillik referendumundan sonra müstəqillik bəyannaməsi imzalayıb, amma onun icrasını saxlayıb və Madridi danışıqlara çağırıb.

İspaniya Kataloniyada keçirilən referendum qanunsuz sayır.