vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:51 | 24 aprel 2018 | Çərşənbə axşamı Məqaləyə 2548 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyanın şərəfinə “son zəng”

Erməni qadınlar İrəvanda “qazan döyəcləmə” aksiyası keçirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

“Azadlıq” radiosunun müxbiri Ron Sinovitz yazır ki, qazanların çömçələrlə döyəclənməsi o qədər də xoşagələn səs çıxarmır, amma aprelin 22-də Yerevandakı minlərlə binadan ucalan bu səda şəhər bələdiyyəsinin üzvü Zara Batoyanın qulaqlarında musiqi kimi çalınırdı.

Serj Sərkisyanın baş nazirliyinə etiraz olaraq gecə saat 11-də 15 dəqiqə qazan döymək məhz onun ideyası idi.

Ermənistanda “Disability Info” adlı əlil hüquqları qrupuna rəhbərlik Batoyan deyib ki, bu aksiya əlillərin və evdən çıxmaq imkanı olmayan qadınların kütləvi küçə etirazlarının bir hissəsinə çevrilməsini təmin edib.

Batoyan “Azadlıq” radiosuna deyib: “Mən əliləm və əlil arabasından istifadə edirəm. Bilirəm ki, minlərlə insan küçə etirazlarına qoşulmaq istəsə də, bunu edə bilməyib. Lakin onlar da bu etirazda iştirak etmək istəyirdilər”.

Onun sözlərinə görə, Ermənistanın patriarxal cəmiyyətində bir çox qadınlar – analar və həyat yoldaşları evdə oturmağa məcburdurlar.

Batoyanın ideyası sosial media vasitəsi ilə reallaşsa da, qeyri-mütəşəkkil idi.

“Serj rədd olsun” etiraz hərəkatının tərəfdarı Mariya Karapetyan deyir ki, onlar bu etiraz aksiyasını Batoyanla müzakirə etmişdilər.

“Biz qadınlara demişdik ki, bu gecə saat 11-də onlar pəncərələrini açıb qazanlarını döyəcləsinlər. Cəmi 15 dəqiqə. Camaat yatmalıdır axı…”

Batoyan deyir ki, onlar bu aksiyanı “Serj üçün son zəng” adlandırmışdılar. Son zəngi bir qayda olaraq məktəblərdən və universitetlərdən məzun olanlar üçün çalırlar.

Beləliklə erməni qadınlar aprelin 22-dən başlayaraq hər gecə eyni vaxtda qazanlarını döyəcləmək qərarına gəlmişdilər.

Amma buna ehtiyac qalmadı. Qazanların döyəclənməsindən 20 saat sonra Sarkisyan istefasını elan etdi.