...Rusiyada səhm bazarı çökdü
Putinin köməkçisi oliqarxlardan 500 milyard qoparmağı təklif etdi və ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Rusiya prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi Andrey Belousov öz şefinə məktub göndərərək 14 kimya, neft-kimya və metallurgiya şirkətlərindən prezidentin may fərmanlarının yerinə yetirilməsi üçün 500 milyard rubl götürməyi təklif edib. Virtualaz.org xəbər verir ki, bura “Nornikel”, “Alrosa”, “Sibur”, “Severstal” kimi iri şirkətlər daxildir.
Prezidentin köməkçisi öz təklifini belə əsaslandırıb ki, həmin şirkətlərin vergi yükü neft-qaz sahəsində işləyən şirkətlərin vergi yükünə nisbətən aşağı olub. Nəticədə onlar yüksək gəlirlər əldə ediblər. Nəticədə onlardan vergidən əlavə 500 milyard rubl tutub büdcəyə daxil etmək olar. Belousov 2016-cı ildə neft şirkətlərinin yüksək gəlirlərindən tutulmasını xatırladıb. Lakin vergi məcəlləsi şirkətlərin gəlirlərindən vergidən əlavə pul tutmaq üçün imkan yaratmadığından köməkçi Maliyyə Nazirliyinin müvafiq mexanizm hazırlamasını təklif edir.
Putinin mətbuat katibi Belousovdan belə təklif daxil olduğunu təsdiqləyib, amma bildirib ki, məsələ hələ öyrənilir və prezident təklifin hökumətdə baxılmasına razılıq verib. Qərar isə şirkətlərin investisiya imkanlarını saxlamaq şərti ilə qəbul ediləcək.
Putin bu ilin mayında növbəti dəfə prezident səlahiyyətlərinin icrasına başlayanda əhalinin sosial müdafiəsinin və rifahının gücləndirilməsinə dair bir sıra fərmanlar verib. Hansı ki, həmin fərmanları yerinə yetirmək üçün büdcədə vəsait nəzərdə tutulmayıb.
Belousovun Putinə göndərdiyi və “xidməti istifadə üçün” qrifli təklifin mətbuata sızmasından dərhal sonra Moskva fond birjasında şirkətlərin səhmlərini çökdürüb. Siyahıya daxil edilən şirkətlərin səhmləri orta hesabla 2.5-4 faiz ucuzlaşıb.
Təklifə Novolipetsk Metallugiya Şirkətinin sahibi Vladimir Lisin dovşan haqda lətifə ilə cavab verib:
“Dovşan, dəyişirsən?
- Dəyişirəm!
- Rublu 20 rubla?
- Hə!
- Dovşan, bəs bunun harası biznes oldu?
- Görmürsən, rubl alıram, 20 rubl verirəm.
- Məni axmaq hesab etmə, bunu görürəm. Dovşan, sən heç olmasa rentabelliyi hesablamısan?
- Nəyimə lazımdır bu rentabellik, sən bir dövriyyəyə bax!”
Rusiya sənayeçilər və sahibkarlar İttifaqında isə lətifə danışmayıblar, ancaq təklifi tənqid ediblər və bildiriblər ki, təşəbbüs iqtisadiyyatda rəqabətədavamlılığın yüksəlməsinə xidmət etmir. Habelə investorların ölkədən qaçmasına təkan verə bilər.