Rusiyanın Litvadan tranzitin bərpası tələbi
Avqustun 10-dan neft daşınması da dayandırılacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Litvadan prezidentindən Qərbə çağırış
“Rusiyaya illüziya bəsləməyən siyasət daha yaxşı işə yarayıb”
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
“Killnet”in Litvaya kiberhücumu
Kremyönümlü qruplaşma “Kalininqradın blokadası”nı götürməyi tələb edib
-
Belarusda təxribatlar gözlənilir
Lukaşenkonun göz yaşları və ya yeni müharibə planları
-
Putinə qarşı xüsusi əməliyyat
Rusiya prezidenti cavab versə də uduzacaq, verməsə də ...
-
Litva Rusiyanın hücumuna inanmır
“Bizi enerji təchizatı sistemindən ayırmaq ehtimalına hazırıq”
-
Patruşev Litvanı hədələdi
“Rusiya ona qarşı “düşmən” hərəkətləri cavabsız qoymayacaq”
-
Aİ nümayəndəsi Rusiya XİN-ə çağırılıb
Kreml Kalininqradın tranzit blokadasına etiraz edib
-
Kalininqrad mallarına sanksiyalar qüvvəyə minir
Litva XİN Avropa Komissiyasını gözləyir
-
Kalininqrad blokadaya düşür
Litva Rusiyadan yük daşınmasının bir qismini dayandırır
-
Litva da “Bayraktar” alır
Sakinlərin topladığı pulla ...
-
Litva Rusiya səfirini qovur
-
Pribaltikalı diplomatlar qovulur
Sankt-Peterburq və Pskovdakı konsulluqlar bağlanıb
-
Müharibə hazırlığı?
NATO müttəfiqləri şərqi Avropaya yeni qüvvələr gətirir
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
Rusiya XİN Litvadan Kalininqrad vilayətinə yüklərin tranzitinə qadağanın ləğvini tələb edib. Bununla əlaqədar Litvanın Moskvadakı müvəqqəti işlər müvəkkili Virginiya Umbrasene Rusiya XİN-ə dəvət olunub. Rusiya XİN Litvanın tranziti bağlamasını “açıq düşmənçilik” və beynəlxalq hüquqi öhdəliklərin pozulması hesab etdiyini bildirib. Moskva bildirib ki, əgər tranzit bərpa olunmasa, Rusiya öz milli maraqlarının müdafiəsi üçün hərəkət hüququndan istifadə edəcək.
Bundan əvvəl Litva dəmir yolları elan etmişdi ki, iyunun 18-i gecəyarıdan Avropa İttifaqının sanksiya siyahısına salınmış malların tranzitini dayandırır. Rusiyanın Kalininqrad vilayəti ilə yeganə quru yolu Litva ərazisindən keçir. Litva bildirir ki, avqustun 10-dan neftin tranziti də dayandırıla bilər.
***
Bu da qeyd olunur ki, söhbət Rusiyanın iki ərazisini birləşdirən yoldan getsə də, Avropa İttifaqının sanksiyalarına görə kömürün, sementin, oduncağın, tikinti materialları və yüksək texnologiyaların Litva ərazisi ilə tranziti qadağan oluna bilər. Litva bildirib ki, bu malların Rusiya ərazisindən Kalininqrada daşınmasına avqustun 10-dək icazə veriləcək.
Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov Litvanın hərəkətini “qanunsuz” adlandırıb. Litva XİN-in rəhbəri Qabrielyus Landsberghis iyunun 20-də izah edib ki, sanksiyalı malların Litva ərazisi ilə Kalininqrada daşınmasının qadağanı Avropa İttifaqının sanksiya paketində nəzərdə tutulub. Bu sanksiyalar iyunun 17-də qüvvəyə minib.
Landsbergis bildirib ki, qadağan Avropa Komissiyası ilə məsləhətləşmələrdən sonra tətbiq edilir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Litvanın Kalininqrada daşınan yüklərə tranzit qadağasını dəstəkləyib.
O deyib ki, Rusiyanın Litvanı hədələmək haqqı yoxdur: “Moskva heç bir səbəbsiz və əsassız Ukraynaya müdaxilə etməsində özü günahkardır. Biz Litvanın prinsipial mövqeyini yüksək qiymətləndirir, litvalı dostlarımızı qətiyyətlə dəstəkləyirik”.