vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
22:43 | 27 iyun 2022 | Bazar ertəsi Məqaləyə 658 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Böyük Yeddilər öhdəlik götürdü

Ukraynada müharibəyə görə Rusiyaya qarşı sanksiyaları gücləndirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Ştatlar və sənayesi inkişaf etmiş aparıcı ölkələrin Böyük Yeddilər qrupu (G-7) Rusiyaya qarşı Ukraynada apardığı müharibəyə cavab olaraq yeni sanksiyalar tətbiq edib. Buraya Moskvanı sənaye və texnologiya sektorları üçün lazım olan material və xidmətlərdən məhrum etmək üçün tədbirlər daxildir.

Ağ Ev bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya qısamüddətli büdcə ehtiyaclarını ödəmək üçün G-7 səylərinin bir hissəsi olaraq 7,5 milyard dollar ayıracaq və hökumətlər lazım olduğu müddətdə humanitar, hərbi və diplomatik dəstəyini davam etdirərək, Ukraynanı maliyyə ilə təmin etmək üçün görünməmiş uzunmüddətli təhlükəsizlik öhdəliyi götürür.

Bu açıqlama G-7 liderlərinin Almaniyada Ukrayna prezidenti Vladimir Zelenski ilə videobağlantı vasitəsilə danışdıqları zirvə görüşü zamanı verilib.

ABŞ-ın əlavə spesifik sanksiyalarına Rusiyanın dövlət müdafiə müəssisələrinin və müdafiə tədqiqat təşkilatlarının bloklanması, Rusiyanın müharibədə itirdiyi avadanlıqları əldə etmək imkanlarının məhdudlaşdırılması və ABŞ-a qızıl idxalına qadağalar daxildir.

Bazar ertəsi Rusiya qüvvələri qonşu Severodonetskə nəzarəti ələ keçirdikdən sonra Luqansk vilayətində Ukraynanın son istinadgahını ələ keçirməyə çalışaraq, şərqi Lisiçansk şəhərini atəşə tutub.

Luqansk qubernatoru Sergey Qayday Lisiçanska dəymiş ziyanın “fəlakətli” olduğunu deyərək, qalan mülki əhalini Rusiyanın fevralın sonlarında işğalına başlamazdan əvvəl 100 min insanın yaşadığı şəhərdən çıxarmağa çağırıb.

Rusiya indi faktiki olaraq Moskvanın müharibədə əsas məqsədlərindən biri kimi ələ keçirməyə çalışdığı olan Donbas bölgəsinin şərqində bütünlüklə Luqansk vilayətinə, nəzarət edir.

Rusiya qüvvələri bazar günü Ukraynanın iki böyük şəhəri, paytaxt Kiyev və Xarkova yeni raket zərbələri endirib.

Kiyev meri Vitali Kliçko bildirib ki, şəhərdə ən azı iki yaşayış binası vurulub, nəticədə azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Rusiya Ukraynanın şimal-qərbində hədəfləri vuraraq qanadlı raketlərdən istifadəni artırıb. Bir neçə şəhərdə hava hücumu sirenləri səslənib.

ABŞ prezidenti Co Bayden Rusiyanın Kiyevə endirdiyi zərbə ilə bağlı deyib: “Bu, onlar tərəfindən daha çox vəhşilikdir”.

***

Rusiya bazar günü bir əsr boyu müddətdə ilk dəfə olaraq beynəlxalq borcun ödənilməsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı xəbərləri təkzib edib.

İki istiqraz üzrə ümumi olaraq 100 milyon ABŞ dolları məbləğində faiz ödənişləri ilkin olaraq mayın 27-də ödənilməli idi, lakin 30 günlük güzəşt müddəti nəzərdə tutulmuşdu.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya may ayında ödənişləri edib, lakin onlar Qərbin sanksiyaları ilə bloklanıb və buna görə də “bizim problemimiz deyil”.

Rusiya Ukraynaya fevralın sonunda başladığı hərbi müdaxiləyə cavab olaraq tətbiq edilən sanksiyalarla bağlı maliyyə fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən bu kimi ödənişləri etməkdə çətinlik çəkir.