vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
01:06 | 24 iyul 2024 | Çərşənbə Məqaləyə 937 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ən isti gün” – 21 iyul

“İqlim dəyişikliyi səbəbiylə gələcəkdə oxşar rekordlar qırıla bilər”

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Birliyinin “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin peyk monitorinq sistemi ilə aparılan ölçmələrə görə, 21 iyul yaxın tarixdə qlobal miqyasda qeydə alınan “ən isti gün” olaraq qeydə alınıb.

AB tərəfindən maliyyələşdirilən “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin verdiyi açıqlamada, 21 İyul Bazar günü dünya üzrə qeydə alınan orta səth havasının temperaturu Selsi üzrə 17,09 dərəcəyə çatıb. Açıqlamada, iyulun 21-nin 1940-cı illərdən bəri qeydə alınan ən isti gün olduğu, əvvəlki rekord temperaturun isə 6 iyul 2023-cü ildə 17,08 dərəcə Selsi olaraq qeydə alındığı bildirilib.

“Copernicus” İqlim Dəyişikliyi Xidmətinin direktoru Carlo Buontempo açıqlamasında 2023-cü ildən bəri temperaturun 0,01 dərəcə Selsi artmasının “böyük fərq” olduğunu vurğulayaraq, iqlim dəyişikliyi səbəbiylə gələcəkdə oxşar rekordların qırıla biləcəyinə işarə edib.