vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ASİYA  
15:14 | 17 avqust 2024 | Şənbə Məqaləyə 140 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

27-ci “tropik gecə”

Həddindən artıq isti dalğası ilə yeni rekord

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Koreyanın paytaxtı Seulda ölkəyə təsir edən istilər səbəbindən “tropik gecə” rekordu qırılıb. “Yonhap” agentliyinin xəbərlərinə görə, Meteorologiya İdarəsi ölkədə müşahidə edilən həddindən artıq istilərlə bağlı açıqlama verib. Açıqlamada, Seulun ardıcıl 27-ci “tropik gecəsi”ni yaşadığı, ən aşağı temperaturun 27,2 dərəcə olduğu bildirilib.

Ölkənin Busan şəhərində ən aşağı temperatur 26,6 dərəcə ilə ardıcıl 23-cü “tropik gecə” yaşanıb.

Beləliklə, Seulda müasir meteoroloji müşahidələrin başladığı 1907-ci ildən bəri ən uzun ardıcıl “tropik gecələr” rekordunun qırıldığı qeydə alınıb. Tropik gecə temperaturun 25 dərəcə və ya daha yüksək olduğu zaman saat 18:00-dan ertəsi gün səhər saat 09:00-a qədər baş verir.

Cənubi Koreya Meteorologiya İdarəsi 2018-ci ildə “ən isti iyun” olaraq qeydə alınan temperatur rekordunun qırıldığını açıqlayıb.

Açıqlamada həddindən artıq istilər səbəbilə Seul da daxil olmaqla ölkə daxilində 92 bölgədə həyəcan təbili çalındığı, iyul-avqust dövründə temperaturun daha da artdığı bildirilib.