vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
11:42 | 26 avqust 2024 | Bazar ertəsi Məqaləyə 136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Reuters”ə ağır itki

Ukraynaya raket hücumu nəticəsində agentliyinin bir əməkdaşı ölüb, ikisi yaralanıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniyanın “Reuters” xəbər agentliyi Ukraynada komandasında təhlükəsizlik üzrə məsləhətçisi Rayan Evansın raket hücumu nəticəsində öldüyünü bildirib.

Faciə ilə bağlı agentliyin yaydığı açıqlamada, Evansın dünən Ukraynanın Kramatorsk şəhərində qaldığı hoteldə zaman raket hücumu nəticəsində həlak olduğu bildirilib.

Açıqlamada “Reuters” komandasından iki jurnalistin xəstəxanaya yerləşdirildiyi və onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib: “Digər üç həmkarımızla əlaqə saxlanılıb və onlar sağ-salamatdır”.

Açıqlamada hücumla bağlı məlumat əldə etməyə çalışdıqlarını deyən agentlik və Evansın ailəsinə və yaxınlarına başsağlığı veriblər.

Digər tərəfdən, bəyanatda hücumu kimin həyata keçirməsi ilə bağlı heç bir açıqlama verilməyib.

***

Digər tərəfdən, Ukrayna prezidenti Vladimir Zelenski “X” sosial media hesabında hücumda Rusiyanı günahlandıran paylaşım edib. “Rusiyanın həyata keçirdiyi raket hücumundan sonra bütün gün dağıntıların təmizlənməsi işlərinin aparıldığını”, – deyən Zelenski yaralananlar arasında “Reuters” komandasının jurnalistlərinin də olduğunu bildirib.

“Rusya məxsus “İskəndər” raketinin hoteli məhv etdiyini deyən Zelenski bunun qəsdən və planlı şəkildə edildiyini qeyd edib. Hadisə nəticəsində 7 nəfərin yaralandığını, 1 nəfərin öldüyünü bildirən Zelenski başsağlığı verib.