vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
07:18 | 28 avqust 2024 | Çərşənbə Məqaləyə 111 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Odla oynayırlar”

Rusiyali nazirdən ABŞ-a nüvə xəbərdarlığı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov paytaxt Moskvada Rusiyaya səfər edən Yəmənin xarici işlər naziri Şai Muhsin Zindani ilə görüşdən sonra mətbuat konfransı keçirib.

Ukraynanın “Fırtına kölgəsi” raketləri ilə Rusiya ərazisini vurmaq üçün Qərbdən icazə istəməsi ilə bağlı iddiaları dəyərləndirən nazir Lavrov, “Bu, şantajdır və Qərbin gərginlikdən qaçmaq istədiyini göstərmək cəhdidir. Lakin bu, hiyləgərlikdir. Qərb vəziyyətin gərginləşməsindən qaçmaq istəmir”.

***

Rusiyanın nüvə silahından istifadə ilə bağlı doktrinası olduğuna diqqət çəkən Lavrov, “Bizim doktrinamız müəyyənləşdirilir. Amerika rəsmiləri də bunu bilirlər. Bu odla oynamaq kimi bir şeydir. Onlar da kiçik uşaqlar kimi şamla oynayırlar”, – deyib

Rusiyanın maraqlarına uyğun olaraq Ukrayna ilə bağlı məqsədlərinə çatacaqlarını bildirən Lavrov ultimatum olmadan Ukrayna ilə danışıqlar masasına otura biləcəklərini bildirib.

***

“Telegram”ın qurucusu və baş direktoru Pavel Durovun Fransada saxlanmasının Rusiya və Fransa münasibətlərinə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Lavrov Fransa ilə əlaqələrin ifadə və məlumat azadlığı baxımından ən aşağı səviyyədə olduğunu qeyd edib.

“Telegram” tətbiqinin qorunduğunu bildirən Lavrov, “Durov açıq-aşkar kiminsə məsləhəti ilə saxlanılıb və “Telegram”ın şifrələmə kodlarına daxil olmaq üçün onu dəhşətli cəza ilə hədələyiblər. Fransızlar bunu öz hərəkətləri ilə göstəriblər”, – deyib.

***

Yəmənin xarici işlər naziri Zindani Yəmən məsələsinin həlli üçün səy göstərdiyini bəyan edərək, “Əsas məqsədimiz ölkəmizdə sülh və sabitliyin bərqərar olmasıdır”, – deyib.

Fələstində baş verən hadisələrdən narahat olduqlarını ifadə edən Zindani, “Buradakı vəziyyət bütün regiona, o cümlədən Yəmənə mənfi təsir göstərir. Husilərin atdığı addımlar gərginliyi artırır və beynəlxalq yük daşımalarının qarşısını alır. Biz regionda və Qəzza zolağında sülh və sabitliyin təmin edilməsinin tərəfdarıyıq”, – deyib.

Nazir Zindani bildirib ki, Qırmızı dənizdə vəziyyət gərgindir və bu, dünyada təhlükəsizliyə mənfi təsir göstərir.